(+994)55 601 18 31 hepatoloq@gmail.com

Alkoqol Hepatiti

“Alkoqol hepatit” termini 1995-ci ildə Xəstəliklərin Beynelxalq Klassifikasiyasına əsasən təsis edilmişdir. Qaraciyərin degenerativ zədələnməsinə səbəb olan alkoqol əksər hallarda sirrotik dəyişikliklər törədir.
Qeyd etmək vacibdir ki, qaraciyərin alkoqol zədələnməsi dedikdə qəbul edilən spirtli içkinin növü deyil, sutkalıq etanolun miqdarı vacibdir.  Məs: 10 ml etanol, 25 ml-araqda; 100ml-şərabda; 200 ml-pivədə və sair aşkarlanır. Qaraciyər üçün sutkalıq 160 q etanol belə çox təhlükəlidir. Xüsusilə daimi və periodik olaraq spirtli içki qəbul edən insanlarda qaraciyərin alkoqol piy distrofiyası, steatohepatit və nəhayət sirroz müşahidə edilir.

 

Alkoqol mənşəli qaraciyər sirrozu bəzən latent gedişli olması ilə pasienti aldadır. Belə ki, sadəcə oynaq ağrısı, baş ağrı, yaddaş pozulması, tez yorulma, periferik qan dövranı pozulması, əsəbilik, yuxu pozğunluqu kimi simptomların məhz içdiyi hər udum spirtli içki ilə zədələdiyi qaraciyərin “harayı” olduğunu insan anlamır ya da etiraf etmək istəmir və orqanizmdə ən vacib məqamda onun üçün həyatı mühüm funksiyalar yerinə yetirən qaraciyər tədricən məhv olur.
Periodik olaraq alkoqol qəbul edən insanın qaraciyərinin morfoloji kriteriləri bunlardır: II, III zona asinuslarda kiçik və iri dənəli piy infiltrasiyası, hepatositlərin—balon distrafiyası, Mellori cismləri, və ya hialin qiqant mitoxondri 3-cu zonanın kollegenləşməsi, kanal xolestazı, hemosiderin çökməsi və s.

Mütəmadi olaraq alkoqol istifadə edən pasientlərin ən çox eşitdikləri diaqnoz steatohepatitdir.  Steatohepatit səbəbindən asılı olmayaraq qaraciyərdə osinar zonanı zədələyən xroniki prosesdir. Zədələnmənin bu mexanizmdə davam etməsi periportal fibroz və okkulizion venul patologiyasına səbəb olur. Xəstəliyin proqressivləşməsi zamanı fibroz septalar torvari fibroza səbəb olur. Bu halda xırda dənələr sirroz müşahidə olunur. Sirroz haqda isə hər kəs az da olsa bilər. Alkoqol qəbul etməmişdən öncə düşünün !!!

Çox dəyərli orqan olan qaraciyəri bir neçə qədəhə dəyişmək olarmı ?!

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *