(+994)55 601 18 31 [email protected]

Hepatit D (Delta)

Hepatit D nədir?

Delta hepatiti Hepatit D virusu tərəfindən törədilən qaraciyər xəstəliyidir.  Simptomları Hepatit B-yə bənzərdir& sarılıq, qızdırma, əzginlik, ürəkbulanma, qarın nahiyəsində ağrı. 20%- dək Hepatit D infeksiyası sürətlə inkişaf edərək ölümlə nəticələnir.  Bəzi hallarda simptomsuz keçə bilər. Xəstəlikdən sağalma və ya xroniki formaya keçməsi mümkündür.

Hepatit D necə yayılır?

Hepatit D YALNIZ  Hepatit B  infeksiyası olan xəstələrdə yayıla bilir. Xroniki Hepatit B olan insan sonradan yoluxa bilər və hər iki infeksiyaya eyni vaxtda yoluxa bilər. Yoluxma qanla birbaşa əlaqə, cinsi əlaqə və daha az bədən mayeləri ilə kontakt zamanı baş verir.

Əlamətlər nə zaman özünü göstərir?

Xəstəliyin əlamətləri infeksiyaya məruz qaldıqdan 2-8 həftə sonra özünü göstərir.

Müalicəsi nədir?

Hepatit D-nin müalicəsi üçün təsdiqlənmiş dərman maddəsi yoxdur, tədqiqatlar aparılır.

Hepatit D-dən qorunma yolu nədir?

Delta hepatiti Hepatit B-dən asılı olduğu üçün HBV əleyhinə peyvənd elətdirməklə hər 2 hepatitdən qoruna bilərsiniz.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.