(+994)55 601 18 31 [email protected]

Qış Depressiyası

Hər bir kəs həyatında heç olmasa bir dəfə özünü qəmgin və məyus hiss edir.  Soyuq və günəşsiz günlərdə bu hallar xüsusilə tez-tez olur. Lakin hər məyusluq və qəmginlik depressiya demək deyildir.

Depressiya böyük kədər, halsızlıq, özünü dəyərsiz hiss etmə, ictimai fəaliyyətə marağın itirilməsiylə müşayiət olunan mürəkkəb bir vəziyyətdir.

Hər il 20 milyondan çox insana kliniki depressiya diaqnozu qoyulur və bu göstərici artmağa davam edir. Depresiyaya böyük stress, genetik meyllilik, keçirilən xəstəlik səbəb ola bilər.  Depressiyanın çox rast gəlinən növlərindən biri fəsli depressiyadır ki, payız və qışda rast gəlinir. əhval-ruhiyyədə dəyişikliklə yanaşı bu zaman insanlar özlərini halsız, enerjisiz hiss edirlər. Daha çox yemək yeyirlər, daha çox yatırlar, şirin qidalar və fast-fooda meyllilik artır. Heç bir yerə gəzməyə çıxmaq, insanlarla ünsiyyətə girmək istəmirlər.

Qadınlarda və gənclərdə fəsli depressiya daha tez-tez rast gəlinir. Həmçinin bütöv ailələrdə də rast gəlinə bilər. Əgər 2 il ard-arda simptomlar müşahidə olunursa o zaman fəsli depressiya diaqnozu qoyulur.

Fəsli depressiyanın dəqiq səbəbi bilinməsə də beyində serotonin balansının pozulmasından baş verdiyi güman edilir. Yuxu hormonu melatoninin artması və vitamin D çatışmazlığı da müəyyən rol oynayır.

Fəsli depressiya işıq terapiyası və bəzi hallarda dərmanlarla müalicə edilir.  Günəşli havalarda gün vannası qəbul etməyə və fiziki aktivliyinizi artırmağa çalışın.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.