(+994)55 601 18 31 [email protected]

Talassemiya xəstəliyi

Talassemiya irsi yolla keçən qan xəstəliyidir.  Talassemiya zamanı oksigen daşınmasında iştirak edən hemoqlobin zülalı deformasiya olunmuş olur.  Hemoqlobin eritrositlərdə -qırmızı qan hüceyrələrində yerləşir. Nəticədə qırmızı qan hüceyrələrinin parçalanması baş verir ki, bu da anemiyaya səbəb olur.  Anemiya qan azlığı deməkdir.

Talassemiyanın bir-neçə forması vardır. Talassemiya minor xəstəliyin yüngül formasıdır.  Alfa bə beta talassemiya formalarında isə dəyişikliklər daha ciddi formada özünü göstərir.  Uyğun olaraq alfa-qlobin və ya beta-qlobin genlərində mutasiya  müşahidə olunur.

Talassemiyanın simptomları müxtəlifdir. Ən çox rast gəlinən simptomlara aiddir:

  • Sümük deformasiyaları
  • Tünd rəngli sidik
  • Inkişafın gecikməsi
  • Daimi yorğunluq
  • Sarı və ya solğun dəri

Simptomların ağırlığı mutasiyanın növündən asılıdır. Bəzi yşaqlarda ümumiyyətlə simptomlar olmur.Bəzi hallarda simptomlar özünü yeniyetməlik dövrünə qədər göstərmir.

Diaqnostika

Talassemiyanın diaqnostikası laborator analizlərə əsasən aparılır. Hemoqlobin elektroforezi vasitəsilə anormal hemoqlobin hüceyrələri təyin olunur. Həmçinin genetik analiz vasitəsilə talasssemiyanın dəqiq subtipinin təyini mümkündür.

Müalicə talassemiyanın növündən və ağırlığından asılı olaraq aparılır. Müalicə üsullarına aiddir:

  • Qan transfuziyası
  • Sümük iliyi transplantasiyası
  • Dərman, vitamin, qida əlavələri
  • Dalaq və ya ödkisəsinin  çıxarılması

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.