(+994)55 601 18 31 [email protected]

Hepatomeqaliya -qaraciyərin böyüməsi

Hepatomeqaliya qaraciyərin ölçülərinin patoloji böyüməsidir. Bu daha çox müxtəlif toksinlərlə zəhərlənmə zamanı müşahidə olunur. Hepatomeqaliya ayrıca bir xəstəlik deyildir, qaraciyər xəstəliklərinin simptomudur, orqanın zədələnməsini və təcili müalicəyə ehtiyac olduğunu bildirir.  Sağlam qaraciyər müayinə zamanı əllənmir, amma böyümüş qaraciyər asan palpasiya olunur və əksərən ağrılı olur. Qaraciyərin böyüməsi müşahidə olunur

Qaraciyərin iltihabi proseslərində – bir çox hallarda iltihabi proseslərin səbəbi hepatitlər olur. Hepatit zamanı qaraciyər hüceyrələri (hepatositlər) tədricən ölürlər. Bəzi hallarda xroniki hepatitdən sonra orqanın həcminin və funksiyasının azalması müşahidə olunur.

Qaraciyərin sirrozunda – qaraciyər sirrozuna xroniki alkoqolizm və virus hepatitləri səbəb olur. bu zaman orqanda çapıq toxuması əmələ gəlir, qaraciyər hüceyrələri birləşdirici toxuma ilə əvəz olunur. Yerdə qalan hepatositlər orqanın funksiyasını bərpa etməyə  çalışıırlar, ona görə də qaraciyər böyüyür.

Metabolizmin pozulması – orqanizmdə qlikogen əmələ gəlməsinin (qlikogenez) pozğunluğu da tez-tez hepatomeqaliyaya səbəb olur. Qlikogen orqanizmdə əsas karbohidrat ehtiyatıdır. Xəstəlik zamanı qlikogen orqanda toplanaraq onun ölçüsünün böyüməsinə gətirib çıxarır. Qaraciyərlə birlikdə böyrəklər və dalaq da böyüyür.

Ürək-damar xəstəlikləri – Xroniki ürək xəstəlikləri zamanı qan dövranı yavaşlayır, vena, toxuma və orqanlarda durğunluğa səbəb olur. Qaraciyər bu zaman ilk növbədə zədələnir. Çoxlu qan damarları olduğuna görə ödem yaranır və orqan şişir. Nəticədə nekroz və qaraciyər sirrozu yaranması ehtimalı artır.

Onkoloji xəstəliklər – Qaraciyərdaxili bədxassəli törəmələr zamanı demək olar ki, hər dəfə qaraciyərin böyüməsi müşahidə olunur.

Hepatomeqaliyanın müalicəsi və aradan qaldırılması üçün ilk növbədə onu yaradan səbəb aşkarlanmalı və müalicə olunmalıdır. Qaraciyərə düşən yülü azaltmaq üçün pəhriz saxlanmalı – acılı, yağlı, qızardılmış qidalar menyudan istisna olunmalıdır. Əlavə olaraq hepatoprotektorların qəbulu tövsiyə olunur.

Qaraciyər sağlamlığı haqqında ətraflı məlumatı DoctorHep mobil əlavəsini yükləməklə əldə edə bilərsiniz.https://play.google.com/store/apps/details?id=hepatitis.az.doctorhep&hl=ru

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.