(+994)55 601 18 31 [email protected]

Qaraciyərin yüklənməsinin 6 əlaməti

Qaraciyərin sağlamlığı bütün orqanizmin vəziyyətinə təsir göstərir. Ona görə də qaraciyərin zədələnməsi zamanı da nəticəni müxtəlif orqan və nahiyələrdə görürük. Qida rejiminin pozulması, çoxlu dərman qəbulu, zərərli vərdişlər, stress, ekologiyanın pozulması – hər biri qaraciyərə neqativ təsir göstərir. Qaraciyər toxumasında sinir ucları olmadığına görə qaraciyər xəstəlikləri erkən mərhələlərdə simptomsuz keçir, yalnız vəziyyət ağırlaşdıqda artıq ağrı simptomu meydana çıxır.  Lakin öz bədəninizə qarşı diqqətli olsanız bəzi kiçik elementlərdən artıq qaraciyərinizin yükləndiyini anlaya bilərsiniz.

  1. Qırışlar –  Üzdə əmələ gələn qırışlar yalnız mimiki olmur. Bəzi hallarda onlar qaraciyərin vəziyyətinə işarə edir. Əgər qaraciyər yüklənmişsə alında və qaşarasında vertikal qırışlar əmələ gəlir. Qırış nə qədər dərindirsə qaraciyərin disfunksiya ehtimalı da o qədər yüksəkdir.
  2. Ləkələr – Üzün dərisinin rəngi insanın sağlamlığı haqqında çox söz deyə bilər. Məsələn dəridə gicgah və alın nahiyəsində olan yaşılımtıl və qəhvəyi ləkələr qaraciyər xəstəliklərinin əlamətidir. Belə ləkələrdən ağardıcı vasitələrlə azad olmaq olmur. Ləkələrin yaranma səbəbi qaraciyərin dərinin piqment elementi olan melanin mübadiləsinə təsir etməsidir.
  3. Yağlı dəri – Qaraciyərin əsas funksiyalarından biri toksinləri və lazımsız maddələri zərərsizləşdirib orqanizmdən xaric etməkdir. Bura həmçinin artıq yağ aiddir. Qaraciyər yağı xaric edə bilmədikdə yağ piy vəzilərinin axacaqlarında toplanaraq dərinin yağlı olmasına gətirib çıxarır. Yağlı dəri də öz növbəsində səpgi və aknelərlə assosiasiya olunur.
  4. Saçların tökülməsi – Qaraciyərin fəaliyyətinin pozulması orqanizmdə qidalı elementləri sorulması prosessini pozur, nəticədə saçların uzanması dayanır, tökülürlər və həmçinin saçların vaxtında tez ağarması da müşahidə olunur.
  5. Gözün ağının saralması – qaraciyər problemlərinin ən yaxşı bilinən əlamətidir. Saralmanın səbəbi toxumada bilirubin toplanmasıdır. Qaraciyər disfunksiya nəticəsində bilirubin bütün toxumalarda toplanır, dərinin və selikli qişaların saralmasına səbəb olur.
  6. Nəcisdə dəyişiklik – nəcisin rənginin itməsi, konsistensiyasının dəyişməsi qaraciyər patologiyasından xəbər verə bilər.

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.