(+994)55 601 18 31 hepatoloq@gmail.com

Hepatitli xəstələrə qarşı ayrıseçkilik

Bütün dünyada millionlarla insan xroniki Hepatit B ilə mübarizə aparır. Lakin hepatitdən əlavə cəmiyyətdən gördükləri davranış-diskriminasiya onların təhsilini, karyerasını və şəxsi münasibətlərini zədələyir.

Hepatit xəstəsi olduğu üçün hansısa bir şəxsin cəmiyyətdən dışlanması insan hüquqlarının pozulmasıdır. Çünki Hepatit B məişət yolu ilə insandan insana keçmir.  Hepatit xəstələri və daşıyıcılarına olan bu münasibət savadsızlıqdan doğur. Ətrafımızdakı insanları maarifləndirmək və xəstəliyin əslində necə yoluxduğunu başa salmaq hər birimizin öncəliyində olmalıdır.  Ona görə BMT tərəfindən “sıfır diskriminasiya günü” təşkil olunmuşdur ki,  bu günün məqsədi diskriminasiyanın mənfi təsirlərinin aradan qaldırılması və  tolerantlığın  yayılmasıdır.

Hepatit B-li xəstələr bizim cəmiyyətimizin bir hissəsidir. Ailə üzvlərimiz, müəllimlərimiz, dostlarımız, hətta həkimlərimiz hepatitlə mübarizə apara bilər. Heç kəs öz diaqnozunu gizlətməyə məcbur deyil. Bu haqda öz ailə üzləriniz, iş yoldaşlarınız və dostlarınızla danışaraq onların suallarını cavablandırın və qorxularını dağıtmağa kömək edin.

Unutmayın, Hepatit B üçün peyvənd mövcuddur, bu peyvəndi vurdurmaqla birdəfəlik Hepatit B-yə yoluxma riskindən azad ola bilərsiniz.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *