Çayld-Pyu klassifikasiyası

Bu klassifikasiya qaraciyər sirrozunun ağırlığını və pasiyentin yaşama ehtimalını qiymətləndirmək üçün istifadə olunan bir üsuldur. Həmçinin bu üsulla qaraciyərin transplantasiyasına ehtiyac olmasını və əməliyyatın nə dərəcədə uğurlu keçməsini də öncədən demək mümkündür.
Bu zaman qaraciyər sirrozunun ağırlığı 5 parametrin hər biri üçün 1-3 bal arası dəyərləndirilir. Aşağıda qeyd olunan parametrlər yoxlanılır.

Bilirubin mkmol/l (mq%)
Albumin q
İNR
Assit
Qaraciyər ensefalopatiyası