Insulin – mədəaltı vəzidə sintez olunur (Langerhans adacıqlarında) . İnsulin hüceyrələrə qlükozanın, amin turşuların, kalium ionlarının nəqli üçün vacibdir. Qlükogenoliz və qlükoneogenez proseslərinə ingibəedici təsir göstərir. Qanda qlükozanın və yağ turşularının konsentrasiyasını aşağı salır. Müayinəyə göstəriş: şəkərli diabetlərin diferensial diaqnostikası, qlükozaya qarşı tolerantlığın pozulması, müalicə preparatlarının seçilməsi və s.
No Comments