(+994)55 601 18 31 [email protected]
Kəskin və ya xroniki gedişdən asılı olaraq hepatitin simptomları da çox müxtəlifdir. Çünki qaraciyər iltihabı yaradan səbəbdən asılı olaraq prosesə müxtəlif reaksiyalar verilir. Bəzi pasientlər çox sayda simptomlar saydığı halda digərləri sadəcə təsadüfi müayinə zamanı bu haqda öyrənirlər. Kəskin forma hepatitlərdə sarılıq, hərarət, qusma, halsızlıq və bir sıra digər simptomlar olsada, xroniki gedişli hepatitlərdə həkim mütləq ətraflı müayinələr apardıqdan sonra bu diaqnozu xəstəyə söyləyə bilər.Ümumilikdə halsızlıq, çox tərləmə, zəiflik narahat edən pasientlər heç də həmişə hepatit olduqlarını düşünmürlər.

Kəskin hepatitlər və xroniki hepatitlərin kəskinləşməsi zamanı isə klassik dediyimiz simptomlar meydana çıxır – sarılıq, hərarət, qusma, nəcisin rənginin açılması və sidiyin rənginin tündləşməsi və sair. Ən doğru olan odur ki, mütləq vaxtaşırı check-up müayinələr etmək lazımdır. Vaxtında qoyulan diaqnoz – artıq xilasdır. Tez-tez sağ qabırğaaltı nahiyədə ağrı haqqında eşidirik. Xəstələr də qaraciyərdə problem olduğunu eşidəndə ilkin olaraq “axı mən ağrımıram” deyir. Lakin bilmək vacibdir ki, bu lokallıqda ağrı yalnız qaraciyərdə hər hansı patologiya zamanı olmur, eyni zamanda, öd-öd yollarının iltihabi prosesləri, öd daşı xəstəliyi hətta qabırğa arası sinirlərin iltihabı, miozit zamanı da müşahidə oluna bilər. Çox vacib simptomların düzgün differensiasiya olunmasıdır.