Amerika alimləri tərəfindən aparılmış sonuncu tədqiqatlarda Sofusbovirin Hepatit C-li xəstələrdə transplantat ehtiyacı və ölüm göstəricisini azaltdığı qeyd olunmuşdur.
1900 hepatitli xəstənin iştirak etdiyi araşdırma zamanı Sofusbovirlə müalicə alan pasiyentlərdə transplantat ehtiyacının 40% azaldığı aşkarlanmışdır. Tədqiqatın nəticəsi 24-27 may tarixlərində Çexiyada keçirilən Beynəlxalq konfransda açıqlanmışdır.
Hazırda Birləşmiş Ştatlarda hepatitin standart müalicəsi interferon alfa və ribovirinlə aparılır. Bu preparatların istifadəsi zamanı 50-80% arası müsbət cavab almaq olur (Müsbət cavab dedikdə pasiyentdə HCV virus yükünün daha təyin olunmaması başa düşülür). Sofusbovirin 2013-cü ildə hepatit C-nin müalicəsi üçün FDA tərəfindən uyğun görülməsiylə pasiyentlərdən müsbət cavab daha da artmışdır.
Sofusbovirlə müalicə olunan pasiyentlərin yalnız 3%-nə qaraciyər transplantasiya lazım olduğu halda, digər preparatlarla müalicə olunan pasiyentlərin 40%-nə ehtiyac olmuşdur.
No Comments