(+994)55 601 18 31 [email protected]
HDV (Delta hepatit) Delta hepatit nədir? Delta hepatit dəyişik kliniki simptomlar göstərə bilər- asimptomatik daşıyıcılıq vəziyyəti qısa zaman ərzində progresivləşən xroniki qaraciyər xəstəliyi. Delta virusuna Hepatit B daşıyıcı insanlarda rast gəlinir.Bir çox hallarda delta virusu Hepatit B replikasiyasını üstələməkdədir. Bu hallarda qaraciyər funksiyalarının pozulmasına səbəb HDV-dir.Lakin nadir hallarda hepatit B və hepatit DELTA eyni anda çoxala bilər.Bu zaman qaraciyərin funksional pozulmaları özünü kəskin şəkildə biruzə verir.

Klinik müşahidə

HDV-nin klinik gedişi bir çoc faktorlardan asılıdır-xüsusilə autoimmun və genetik.Əgər HDV HBV ilə birgə aşkalanarsa qaaciyərin sertik dəyişiklikləri sürətlənəcəkdir.Lakin bu heç də bütüb xəstətlərdə müşahidə olunmur.

Müalicənin məqsədi

Müalicənin məqsədi virusun replikasiyasını zəiflətmək və supressiya əldə etməkdir. Sonrakı hədəf isə Hepatit B virusunun eradikasiyasıdır(yəni qandan təmizlənməsi). HDV eradikasiya edilib Hepatit B qalarsa təkrar virus aktivləşməsi riski böyükdür. Hepatit D virusunun müalicəsi standart və peqillə olunmuş interferonlarla aparılır. Bəzi nukleotid və nukleozid analoqları ilə aparılan malicələr istənilən klinik nəticələr vermir. Hepatit D-dən qorunmanın yeganə yolu Hepatit B-ə qarşı peyvənd olunmaqdır.