(+994)55 601 18 31 [email protected]

Hepatit B-yə yoluxduğunuzu öyrənmisiz?

Bu diaqnozla barışmaq, infeksiyanın növbəti 6 ayda sağalacağı yoxsa xroniki hala keçəcəyini gözləmək olduqca çətindir.

Müsbət haldır ki, 90% yetkin sağlam insanlar Hepatit B-yə təzə yoluxduğu zaman virus öz-özünə təmizlənir və ya kəskin infeksiya şəklində keçir. Digər tərəfdən körpələrin 90%-i, uşaqların isə 50%-ə qədərində Hepatit B ömür boyu davam edən xroniki formaya keçir.  Bəzi hallarda insanlar onlarda xroniki infeksiya oldğunu öyrənəndə təəccüblənirlər. Çünki uzun müddət-illərlə xəstəlik heç bir əlamətsiz keçir. Əgər Hepatit B 6 aydan çox analizlərdə pozitiv çıxırsa bu zaman xroniki infeksiya hesab olunur.

Kəskin Hepatit B zamanı  nadir hallarda stasionarda müalicəyə ehtiyac duyulur. Sarılıq, sidiyin rənginin tündləşməsi, qarında ağrı, qızdırma, ümumi zəiflik kimi simptomlar müşahidə oluna bilər. Simptomlar olmadığı təqdirdə pasiyentlər Hepatiti ciddi qəbul etmirlər, bu da çox təhlükəlidir. Kəskin Hepatit B zamanı həkim infeksiyanın  qandan təmizlənməsini bilmək üçün periodik olaraq qan analizlərini yoxlayır.

Unutmayın ki, bu ərəfədə pasiyent yoluxucudur, ona görə də ev əhalisi və cinsi əlaqədə olduğu partnorları  hepatitə görə yoxlanmalıdır və ehtiyac varsa peyvənd olunmalıdır.  Hepatit B məişət yolu ilə yoluxmur, qan və bədən mayeləri vasitəsilə yoluxur. Ona görə də uyğun təhlükəsizlik tədbirləri alınmalıdır. Hepatitli xəstələrin  manikur dəsti, gigiyenik vasitələri ayrı olmalıdır. Stomatoloq və ya cərrahi əməliyyata getdikləri zaman hepatit B  haqqında həkimlərə mütləq məlumat verməlidirlər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 4,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.