(+994)55 601 18 31 [email protected]

Dəridəki hansı problemlər qaraciyər xəstəliyindən xəbər verir ?

 

Sarılıq – öd piqmentinin, yəni bilirubinin sintezindəki pozulma zamanı gözün sklerasında, dəridə, selikli qişalarda saralmaya səbəb olur. Bəzən yanlış olaraq bu dəyişiklik olan pasiyentə hepatitsən deyilir. Halbuki bu, qaraciyərin ciddi patologiyası səbəbi ilə yaranmaqla yanaşı, eyni zamanda öd, öd yolları, mədəaltı vəz, müxtəlif qan xəstəlikləri və sair nəticəsində də ola bilər. Ciddi differensiasiya lazımdır.

Dəridəki tünd piqment ləkələri qaraciyərdə dəmir toplanması – hemoxromatoz xəstəliyi zamanı uzun sürən xroniki qaraciyər patologiyalarında müşahidə oluna bilər. Bəzən anemiya müşahidə olunan pasientlərə səbəb araşdırmadan dəmir preparatlarının verilməsi bəzi hallarda irsi faktorlarla bağlı dəmirin orqanlarda – qaraciyərdə toplanması melanin tərkibli-qəhvəyi-bronz ləkələrin yaranmasına səbəb olur. Uzun zaman sarılıq halı davam edən pasiyentlərdə isə musal ikter-yaşıl qara ləkələr müşahidə olunur.

Qaşıntı – dəri xəstəliklərinin önəmli simptomu olmaqla yanaşı, xroniki böyrək xəstəliklərində, qaraciyər, öd yolları patologiyalarında, parazitar infeksiyalarda və sair pasiyenti ən narahat edən əlamətdir. Eyni zamanda qeyd etmək vacibdir ki, bir sıra dərman preparatlarının uzun müddətli qəbulu nəticəsində baş verən intoksikasiyalar zamanı da müşahidə oluna bilər.  Qaşınma-xolestazin – əsas simptomlarından biri sayılır. Xolestaz öd durğunluğu, qaraciyər və öd yollarının bir çox xəstəlikləriylə bağlı meydana çıxa bilər. Bu zaman normada öd ilə atılmalı olan bir sıra toksik maddələr qan və toxumalarda toplanaraq reseptorların qıcıqlanmasına və qaşınma hissinin yaranmasına səbəb olur. Birincili biliyar sirrozlarda, I-li sklerotik xolangitdə, hamiləliyin intrahepatik xolestazında sıx izlənir. Bu zaman qaşınma daha çox ovuç içi,ayaq pəncələrində başlayır və bütün bədənə yayılır. Bu uzun müddət davam edə bilər. Dəri xəstəlikləri zamanı baş verən qaşınmada adətən digər əlamətlər pulcuqlar, ləkələr, qabıqlanma və sair baş verir.

Arterial hörümçək – üz-boyun, döş və qollarda görülən, dəridə qırmızı hörümçək toruna bənzər damar genişlənməsidir. Ciddi qaraciyər xəstəliklərində, sirrozlarda müşahidə olunur. Lakin bəzən bu hal hamiləlik zamani da müşahidə oluna bilər ki,bu qaraciyərlə bağlı deyil.

Palmar eritema – ovucun iç səthində qırmızı ləkələrin görülməsidir. Ən çox alkoqol sirrozlarda müşahidə olunur. Eyni zamanda ahıl yaşlarda da ola bilər.

 Tüklənmədə dəyişiklik -bəzi qaraciyər patalogiyaları nəticəsində, xüsusilə kişilərdə müəyyən nahiyyələrdə tüklərin seyrəlməsi müşahidə olunur ki, buna diqqət etmək önəmlidir.

 Dırnaq dəyişiklikləri -bəyaz-ağ dırnaq, dırnaq ayparasının itməsi, kələ-kötürlük bir sıra qaraciyər xəstəliklərində əsas simptomlarla yanaşı müşahidə oluna bilər.

Qanama və göyərmələr -qaraciyər laxtalanma sistemində əsas rol oynadığına görə məhz bu orqanda baş verən xəstəliklər trombositlərin keyfiyyət və kəmiyyətinə təsir edir. Hepatit B xəstələrdə serum xəstəliyi, poliartritlər, Gianotti-Grosti sindromları müşahidə oluna bilər. Xalq arasında “qırmızı qurdeşənəyi” kimi tanınan serum xəstəliyi məhz ciddi qaraciyər patalogiyaları zamanı müşahidə oluna bilər. Gianotti-Grosti sindromu isə ovuc içi və ayaq dabanlarında xüsusi qızartıların olması daha cox Hepatit B olan uşaqlarda müşahidə olunur. Hepatit C infeksiyası zamanı isə pruritus (qaşınma), damar iltihabı krioqlobunemiya, səpkilər müşahidə oluna bilər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.