(+994)55 601 18 31 [email protected]

Ebola virusu

 

İlk dəfə Ebola virusu epidemiyası 1976-cı ildə Nazar, Sudan və İmbukda-Konqo Demokratik Respublikasında müşahidə olunmuşdur.

Ebola virusu Ebolovirus cinsindən filoviruslar ailəyə mənsubdur. Ümumilikdə Ebolaviruslar 5 növə bölünür ki, bundan 4-ü insanda xəstəlik törədə bilir. Ebola virusu, qan və digər toxuma mayeləri vasitəsiylə yoluxa bilər. Hava-damcı yolu ilə virusa yoluxma baş vermir. Yoluxmadan sonra inkubasya dövrü 2-21 gün davam edir. Xəstəlik-hemorragik Ebola qızdırması adlanır və hərarətin qalxması, zəiflik, əzələ və baş ağrısı, boğaz ağrısı, qusma, qarın ağrısı, səpgilər daha sonra böyrək və qaraciyər funksiyalarının pozulması ilə müşayət olunur.
Laborator olaraq, leykositopeniya, trombositopeniya və qaraciyər fermentlərinin qalxması ilə müşayət olunur.

Virusun ikinci “partlayış” Ebola çayı sahilində baş vermişdir ki, virus adını bu zaman almışdır. Virusun təbii rezervuarı ekvatorial meşələrdir.

Yoluxma ilk dəfə meyvələrlə qidalanan yarasalarda baş vermişdir. Afrika əhalisi arasında virusun geniş yayılması onların qida rasonu həyat tərzi tibbi xidmətin səviyyəsiylə sıx əlaqəlidir.
Yuxarıda da qeyd olunduğu kimi virus hava-damcı yolu ilə yoluxmur.  Xəstə insanın, qan və digər toxuma mayesi ilə kontakt nəticəsində baş verir. Bu səbəbdən virusa qarşı heç bir peyvəndin olmadıqını nəzərə alaraq, sadəcə şübhəli xəstələrlə kontaktdan çəkinmək lazımdır. Xəstəliklə bağlı hər hansı konkret terapevtik müalicə planı da mövcud deyil. Müalicə sadəcə simptomatik olaraq həyata keçirilir. İstənilən virus infeksiyasına yoluxmamaq üçün tövsiyə etdiyimiz immun sistemin möhkəmlənməsi bu gün daha aktualdır. Biz artıq simptomları sadaladıq və məsləhət görürük ki, bu simptomları özündə müşahidə edən pasientlər mütləq həkim konsultasıyasında olsunlar. Məqsədimiz sadəcə son zamanlar bu haqda çox danışıldıqı üçün xəstələri maarifləndirməkdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.