(+994)55 601 18 31 [email protected]

Hepatit C-nin müalicəsində ən son preparatlar

Pasiyentlər və həkimlər tərəfindən bütün dünyada çoxdan gözlənilən preparat artıq 3 cür klinik tədqiqat fazasından keçmişdir. İngiltərənin New England Journal of Medicine dərgisində bununla bağlı ətraflı məlumat verilmişdir.  Hal-hazırda Hepatit C-nin müalicəsində ən geniş və uğurlu tətbiq olunan α-interferon və ribovirin kombinasiyasıdır. Bu terapiyanın effektivliyi 70-75 %-dir. Lakin bu kombinasya pasientlərdə bir sıra yan təsirlər verirməsi, anemiya, leykopeniya, trombositopeniya, depresiya və sair. Məhz bu problemlər məcbur edir ki, mütəxəssislər yeni daha effektiv və yan təsirləri olmayan və ya az olan preparatlar axtarsın. Ayrı Djekopsanın rəhbərliyi ilə (İra Jacobson) sofosibovirlə birgə peqillə olunmu interferonlarların terapevtik effektivliyi öyrənilmişdir. (2 və 3 genotiplərdə). Bu pasientlərin 78%-də artıq müalicənin 3-4 ayında virusoloji cavab olmuşdur.  II qrup mütəxəssislər Erik Levitanınrəhbərlik etdiyi qrup sofosbovir, ribovirin, peqinterferon kombinasıyasının tətbigini daha öncə heç müalicə almayan bütün genotiplər üzərində aparmışdır. 3 aydan sonra 90 % pasientlərdə neqativ cavab alınmışdır (RNK-virus) Aparılan müalicə zamanı yan təsirlər müşahidə olunmamışdır.  Hepatitlər üzrə ekspert olan David Tomas bu nəticələrin irəli bir addım daha olduğunu qeyd etmişdir. 8 apreldə Gilead Scienus Amerikada bu dərmanın satışına icazə istədi. Amerika xəstəliklərə nəzarət və profilaktika mərkəzinin (CDC) verdiyi məlumatlara əsasən bu ölkədə 3, 2 milyon insan xroniki xəstəlikdən əziyyət çəkir.

2011-ci ildə FDA Amerika ərazisində boseprivir (boceprevir) və telaprevir (telaprevir) NS3-4A proteaza inhibiotorlarının satışına icazə verdi. Lakin hər iki preparat yan təsirlərə malikdir. 2012-ildə Frankfurt unversiteti hepatit C-nin müalicəsində yeni interferonsuz müalicə metodunun 2-ci fazada olduğunu xəbər verdi.
2013-ildə Kanada və Niderland mütəxəssisləri Miravirsen-miR-122 inhibitoru preparatını təcrübə üçün təqdim etdiyi haqqında məlumatlar yaydı. Sofosbevir isə RNT-polimerara N S5B inhibitorları qrupuna aiddir. Hal-hazırda məhz bu preparat daha çox ümid verici hesab olunur. Diqqətinizə onu çatdırmaq istərdik ki, bu sahədə tədqiqatlar davam edir və çox böyük ümidlərlə, ”hepatitə son” deyə biləcəyimiz günü gözləyirik.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.