Uşaqlarda xroniki qaraciyər xəstəliklərinin gedişi böyüklərdən fərqlidir. Bunun səbəbi uşaqlarda bu xəstəliklərin etiopatogenezinin fərqli olmasıdır. Bu xəstəliklərdən ən çox sarılıq və hepatomeqaliyaya rast gəlinir. Xüsusilə də xolestatik pozulmalarla bağlı olan sarılıqlar önəmli yer tutur. Uşaqlarda qaraciyərdən kənar(ekstrahepatik) öd yollarının hipoplaziyası da az rastlansa da bu xəstəliklər sırasındadır. Dünyada neonatal qaraciyər xəstəlikləri 2500 doğumda 1 nisbətindədir. Bu xəstəliklər zamanı erkən diaqnoz önəmli yer tutur. Qaraciyər funksional pozğunluqlarının sürətli inkişafı səbəbiylə erkən diaqnoz xəstəliyin qarşısının alınmasına, daha yavaş inkişafına kömək edir. Diaqnozdan söz açmışkən,bunu da qeyd etmək istərdimki, bəzən qaraciyər xəstəlikləri digər xəstəliklərlə eyni simptoma malik olur. Məsələn: qaraciyər problemi bütün yenidoğulmuşlarda sarılıqla özünü biruzə verir. Lakin bunu yenidoğulmuşun fizioloji sarılığından fərqləndirmək çox böyük əhəmiyyət kəsb edir.
Uşaq xəstələrdə qaraciyər xəstəlikləri səbəbləri yaşla əlaqədar olaraq fərqlilik göstərməkdədir. Misal üçün qeyd edək ki, biliar atreziya və idiopatik neonatal hepatit kimi xəstəliklər doğuşda və ya doğuşdan qısa bir müddət sonra ortaya çıxır. Bundan başqa dərman və digər səbəblərdən baş verən hepatitlər və VİLSON xəstəliyi böyük yaş qrupunda izlənilir. Neonatal hepatit əgər viruslardan qaynaqlanırsa, bu heç də böyüklərdə görülən viral hepatitlə eyni etiopatogenezə malik olduğunu göstərmir. Ümumiyyətlə uşaqlarda hepatitin -viral hepatit, autoimmun hepatit,toksik hepatit formasına rast gəlinir.
Lakin qaraciyər xəstəlikləri dedikdə, təkcə hepatitlər nəzərdə tutulmur. Neonatal dəmir defisiti, bir sıra infeksion viruslar (CMV,Parvovirus B19,Rubella və sair), ZELVEGER sindromu, lipid, karbohidrat mübadiləsi pozğunluqları hansı ki, bəziləri genetik dəyişiklərlə əlaqəlidir (NİMAN-PİK xəstəliyi) də bu xəstəliklər sırasına aiddir.
Bütün bu xəstəliklər ümumi olaraq 2 qrupda birləşdirilir:
1) HEPATOMEQALİYAYA səbəb olanlar
Xroniki və kəskin hepatit
Metabolik xəstəliklər
Şişlər(hepatoblastoma,hematoma və sair)
2) QARACİYƏR ÇATIŞMAZLIĞINA səbəb olanlar
İnfeksion xəstəliklər( virus hepatit,ECHO və s.)
Hamiləlik zamanı qaraciyərin piylənməsi
Həmçinin hepatitlər
Sirroz və sair
Yuxarıda adı çəkilən xəstəliklərdən hansı haqda daha ətraflı məlumat istəyirsinizsə, bizə bildirin
No Comments