(+994)55 601 18 31 [email protected]

Uşaqlarda Hepatit C-nin müalicəsində yenilik!

ABŞ qida və dərman administrasiyası 12-17 yaş Hepatit C-dən əziyyət çəkən uşaq pasiyentlərdə 2 yeni preparatın istifadəsinə razılıq verib. Bu preparatlar əvvəl yalnız böyüklərin müalicəsində istifadə olunurdular. Bunlar birbaşa uşaqlarda istifadəsi tövsiyə olunan ilk anti-virus preparatlarıdır. Birbaşa təsir edən preparatlar HCV-nin çoxalmasının qarşısını alaraq bədəndə miqdarını azaldır və bir çox hallarda tam sağalmanı təmin edir.

Təsdiq olunan bu preparatlarla HCV-nin 6 əsas genotipini müalicə etmək mümkündür. İlkin dərman 12 yaş və üstü azı 35 kq çəkisi olan HCV genotip 1,4,5 və 6 infeksiyasından əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub.  İkinci preparat isə ribavirinlə kombinasiyada 12 yaş və üstü HCV genotip 2 və 3 ilə yoluxmuş uşaqların müalicəsinə yönəlib. Hər iki halda uşaqlarda yüngül sirroz əlamətlərinin olması nəzərdə saxlanılıb.

Hazırda təkçə ABŞ-da 23.000-46.000 arası Hepatit C-yə yoluxmuş uşaq var.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.