(+994)55 601 18 31 [email protected]

Fibroskan nədir ?

Qaraciyər toxumasının qeyri-invaziv ,yəni pasient üçün tamamilə təhlükəsiz müayinəsidir.Bu aparat vasitəsi ilə aparılan müayinə-elastimetriya adlanır.Müayinə nəticəsində qaraciyər toxumasının fibrozlaşma dərəcəsi təyin olunur.Fibroz-normal toxumanın birləşdirici toxuma ilə əvəz olunmasıdır.Bu proses bir sıra xroniki xəstəliklərdə müşahidə edilir.Fibroz toxumanın səviyyəsi qaraciyərdə gedən patoloji proseslərin əsas göstəricisi hesab edilir və xəstəliyin proqnozunu təyin etməyə əsas verir.FibroSkan 2000-ci ilin əvvəllərində Fransada hazırlanmışdır.

PROSEDUR NECƏ APARILIR ?
Xüsusi olaraq,xəstəni hazırlamadan çox qısa müddətdə müayinə aparılır.Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəq.müddətində heç bir ağrı olmadan ,zədəsiz elastimetriya təyin edilir.
Qaraciyərin xroniki diffuz patologiyalarının diaqnostikası və müalicəsi müasir hepatologiyanın ən vacib problemlərindəndir.Bu xəstəliklərin proqresivləşməsinin əsas yolu fibrozlaşmanın etapla artması nəticəsində sirrozun inkişaf etməsi ilə müəyyən edilir.
Fibrozun erkən diaqnostikası zamanında müalicənin aparılmasına və proqresivləşmənin qarşısının alınmasına zəmin yaradır.
Bu müayinə yalnız viruslu hepatitə yoluxan pasientlərə deyil,eyni zamanda alkoqol hepatitlərə, diabetli xəstələrə, artıq çəkidən əziyyət çəkən insanlara,uzun müddətli dərman qəbul edən və autoimmun problemi olan xəstələrə də mütləq şəkildə təyin edilməlidir.
Bugün artıq bu müayinə şəhərimizdə də uğurla həyata keçirilir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.