(+994)55 601 18 31 [email protected]

Fibrotest/Actitest

FİBROTEST/ACTİTEST asan tətbiq olunduğuna və qaraciyər biopsiyasına görə qeyri-invaziv olmasına görə 2002-ci ildən bir çox ölkələrdə mövcüddur.

FİBROTEST qanın bəzi biokimyəvi göstəricilərinə əsasən (alfa2 makroqlobulin, heptaqlobulin, apolipoprotein A1, QQT və total bilirubin) qaraciyər toxumasındakı fibroz dəyərləndirilməsini göstərir. ACTİTEST isə FİBROTEST-də istifadə olunan biokimyəvi göstəricilərə ALT (alanin amin transferaza) əlavə etməklə, nekroiltihabi aktivliyi göstərir. Alınan nəticələri METAVİR şkalasına görə təsvir olunur. Fibroz 0-4 arası dəyişir.

·F0 –  fibroz yoxdur
· F1 – septasız portal fibroz
· F2 – körpüləşmə fibrozu ilə yanaşı,az septa
· F3 – körpüləşmə fibrozu,çox septa
· F4 – sirroz

İltihabi aktivlik isə 0-3 arasında dəyişir.
·A0-nekroiltihabi aktivlik yoxdur
·A1-zəif aktivlik
·A2-orta aktivlik
·A3-şiddətli aktivlik

FİBROTEST/ACTİTEST-də istifadə olunan biokimyəvi göstəricilərin daha dəqiq dəyərləndirilməsi üçün bir sıra məqamlara diqqət etmək lazımdır. Beləki,aşağıda göstərilən hallarda alınan nəticələrin dəyərləndirilməsində yanlışlıqlar ola bilər.
·Heptaqlobulinin düşməsinə və sərbəst bilirubinin yüksəlməsinə səbəb olan aktiv hemoliz
·Toksik və ya autoimmun hepatit
·Yanaşı gedən bakterial və aktiv virus infeksiyaları, sidik-cinsiyyət sisteminin aktiv iltihabi
·Ekstrahepatik xolestaz (öddaşı xəstəliyi)

FİBROTEST/ACTİTEST aparılkən göstərilən biokimyəvi analizlərdən hərhansı,birinin kəskin yüksək olması aşağıdakıların diqqət mərkəzində olmasını vacib edir.
·Heptaqlobulin 0,12g/l aşağı isə hemoliz araşdırılmalı
·Heptaqlobulin 3,2g/l, alfa 2 makroqlobulin 5,0g/l yüksək olduğunda, aktivlik iltihabi proses və sepsisin olub olmadığı dəqiqləşdirilməli
·Transaminaz(ALT)661U/l yüksək olduqda aktiv hepatit olmadığı kontrol edilməli
·Bilirubin 30 mkmol/l və QQT 1U/l aşağı olduqda JİLBER sindromu şübhələnməlidir.
FİBROTEST/ACTİTEST-in əlverişli cəhətlərdən biri də odur ki,yuxarıda göstərilən bütün şərtlər nəzərə alınmaqla, pasientin ac qarına verdiyi venoz qanda aparılmasıdır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.