(+994)55 601 18 31 [email protected]

Qaraciyər biopsiyası

Perkutan qaraciyər biopsiyası ilk dəfə 1883-cü ildə Almaniyada diabetli xəstə üzərində həyata keçirilmişdir. Lakin bu üsul daha çox vaxt apardığı və çətin olduğu üçün rəğbət qazana bilməmişdir.Daha sonra isə 1965-ci ildə təkmilləşdirilərək yayılmışdır. Histopatoloji araşdırmalar aparılaraq qaraciyər parenximasının strukturu,korlanma səviyyəsi, fibrozlaşma dərəcəsi haqda dəqiq məlumat verir. Məhz buna görə də biopsiya qızıl standart sayılır.

Xroniki virus hepatitlərin histoloji dəyərləndirilməsində müxtəlif dərəcələndirmə sistemləri mövcüddur hansılar ki, müasir dövrümüzə qədər daha da təkmilləşərək gəlib çıxmışdır. Günümüzdə ən geniş yayılan növlərinə KNODELL, METAVİR və İSHAK dərəcələndirmə sistemləri aiddir.

Qaraciyər toxumasından nümunə götürülməsi üçün müxtəlif üsullar mövcuddur.
* Perkutan
* Transyuqular
* Laporaskopik
* USM (ultrasəs) / KT (kompyuter tomoqrafiyası) köməyi ilə aspirasiya biopsiyası
Bunlardan daha çox tətbiq edilən isə perkutan qaraciyər biopsiyasıdır. Bu üsulla orta qoltuq xətti üzrə 8-9-cu interkostal (qabırğaarası) sahədən yerlə anesteziyadan sonra pasient nəfəsini tutarkən nümunə götürülür. İnterkostal mexanizm şərait yaradır ki, yetərli nümunə götürülsün (serotik qaraciyərin 2/3 hissəsindən, qeyri-serotik qaraciyərin 99%dən). Biopsiyadan sonra pasient sağ yan tərəfi üzərinə yatırılır, təzyiq və nəbz bir müddət nəzarət altında saxlanılır.

QARACİYƏR BİOPSİYASI ÖYRƏNİR:
· Xroniki hepatit B və C-nin qaraciyər toxumasında miqdarını və aktivləşmə dərəcəsini
· Neqativ vəya tam bəlli olmayan serolojik nəticələri olan qaraciyər fermentlərinin kəmiyyət dəyişimini
· Alkoqol qaraciyər xəstəliyini,bundan başqa steatohepatiti və autoimmun hepatitinin araşdırılmasını
· Xolestatik qaraciyər xəstəliyinin araşdırılmasını
· Hemoxromatoz zamanı qaraciyərin dəmir yükünün təyinini
· Vilson xəstəliyi zamanı qaraciyərin mis yükünün təyinini
· Hepatositlərin(qaraciyər hüceyrəsi)araşdırılmasını
· Transplantasiyadan sonra donor və resipient qaraciyər toxumasının dəyərləndirməsini və s.

Perkutan qaraciyər biopsiyasının aparılması üçün bir sıra göstərişlər və əks göstərişlər mövcüddur. Əks göstərişlər iki qrupa bölünür:
1. Aradan qaldırıla bilməyənlər
· Qanaxmayameyllilik
· Səbəbi bilinməyən qan xəstəlikləri
· Protrombin zamanı normalı ən az 4 saniyəni keçməsi
· Qanaxmanın 10 dəq.dan artiq davam etməsi
· Trombosit sayının 60.000/mm3 az olması
· Qaraciyərda kista mövcudluğu
2. Aradan qaldırıla bilənlər
· Çox kiloluq
· Hemofliya xəstəliyi
· Sağ plevra və sağ diafraqma bölgələrində infeksiya mövcudluğu

PROSEDURDAN SONRA BAŞ VERƏ BİLƏCƏK ARZUOLUNMAZ NƏTİCƏLƏR:
Nəzərə alsaq ki,qaraciyər biopsiyası qızıl standart sayılır demək ki,güvənilir bir üsuldur.Belə ki, bu üsul yerinə yetirildikdən sonra baş verən arzuolunmaz nəticələr 60% hallarda ilk2 saat,96%hallarda isə ilk 24 saat ərzində baş verir.Bu nəticələr önəmsiz və ciddi olaraq sinifləndirilmişdir.
1-ci sinfə :həmin bölgədə ağrı aiddir hansı ki,bu ağrı biopsiya olunan pasientlərin ¼ də sağ üst qabırğa və çiyin nahiyələrində hiss olunur.Pasient bu hissi nəfəs alarkən küt olaraq tərif edir.
2-ci sinfə: uzun müddət davam edən qarın bölgəsindəki şiddətli ağrı,peritonit və qanaxma aiddir.
Bu arzuolunmaz nəticələr və tez-tez təkrarlanması mümkün olunmadığından biopsiya metodu pasientlərə sıx tətbiq olunmur. Lakin diaqnozun dəqiqləşdirilməsi üçün tətbiqi daha məqsədə uyğundur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.