Sirroz – normal qaraciyər toxumasının birləşdirici toxuma ilə əvəz olunmasıdır. Nəticədə orqanizm toksik maddələrə qarşı müdafiəsiz qalır hansılar ki, qaraciyər neytrallaşdırır, həzm sistemində, laxtalanma sistemində patologiyalar meydana çıxır, həyat əhəmiyyətli maddələr orqanizmdə azalmağa başlayır. (zülal yağlar karbohidratlar və sair)
Statistikaya əsasən 80% hallarda simptomsuz ötür. Başqa sözlə, qaraciyər ən son həddə qədər çalışır. Sirroz inkişaf edən pasientlər çox zaman ümumi yorğunluqdan, yaddaşın zəifləməsindən, sağ qabırğaltı nahiyədə yüngül ağrılardan, meteorizm, ləkələrdən və s. şikayət edə bilərlər. Lakin çox zaman buna əhəmiyyət verilmir. Diqqət yalnız sidiyin rəngi çox tündləşdikdə, dəridə qara ləkələr, əlin içəri səthində qızartılar əmələ gəldikdə, intoksikasiya əlamətləri meydana çıxdıqda qaraciyərə yetirilir. Təəssüf ki, hərzaman yox-” həyəcan təbili’’ qarın boşluğuna maye yığıldıqda (assit), qida borusu və mədə qanaxması baş verdikdə çalınır. Müayinə həkiminə də müraciət də elə bu zaman başlayır.
Bəs sirroza səbəb nədir?
Bu ayrılıqda mürəkkəb patomorforloji, biokimyəvi bir prosesdir, lakin onun baş verməsinə səbəb alkaqollu içkilərin istifadəsi, viruslu hepatitlər, qaraciyər daxili öd yollarının bir sıra autoimmun patologiyaları və sair səbəb olur.
15-20% xəstələrdə sirrozun səbəbi aydınlaşdırılmasa da, aparılan araşdırmalar virus və alkaqolun təsirindən daha çox bu prosesin baş verməsini göstərir. Bu proses qaraciyərdə autoimmun iltihabi-toksik mexanizmlə inkişaf edir. Lakin qeyd etmək lazımdır ki, bəzən sirroza səbəb müxtəlif genetik patologiyalar da ola bilər.
Sirrozun formalaşması aylar-illərlə baş verir. Bu müddət ərzində hepatositlərin(qaraciyər hüceyrələrinin)gen aparatının dəyişməsi baş verir. Nəticədə müddət uzandıqca xəstə hepatositlərin sayı artır. Bu isə öz növbəsində qaraciyərin funksiyalarının azalmasına və tədricən itməsinə səbəb olur. Prosesin dərinliyindən, səbəbindən, orqanizmdə olan yanaşı xəstəliklərdən asılı olaraq xəstəliyin klinik gedişi fərqli olur. Bu adi hesab etdiyimiz astenovegetativ simptomlardan tutmuş assit, qanaxma, intoksikasiya ensofolopatiya və s. kimi simptomlarla xarakterizə oluna bilər.
Diaqnostikası mümkündürmü?
– BƏLİ, Laborator və instrumental metodlar buna imkan verir ki, diaqnoz təyin edilsin. Yetər ki, vaxtında mütəxəssisə müraciət edilsin. Analizlər ümumi qan göstəricilərindən başlayaraq qaraciyər fermentlərinin zülal, albumin, billurubin fraksiyalarının təyininə və lazım gələrsə, daha geniş aparıla bilər. İnstrumental olaraq , ən birinci USM-ultrasəs müayinəsindən başlamaq olar. Bu zaman qaraciyərin və dalağın ölçüləri, parenximasının sıxlığı, törəmə və düyünlərin görünməsi, qan-damar sisteminin doppler və sair araşdırıla bilər.
KOMPYUTER TOMOQRAFİYA – nisbətən daha ətraflı məlumat almağa yardım edir. Lakin bugün də sirroz diaqnozunun qoyulması üçün-biopsiya(yəni, qaraciyər toxumasının götürülərək histoloji müayinəsi)qızıl standart sayılır.
Müasir təbabətdə FibroSkan vasitəsi ilə qaraciyərin elastimetriyası da mühüm müayinələrdəndir.
Daha çox müraciət etdiyimiz metodlardan biri isə qaraciyərin və qanın biokimyəvi göstəricilərinin spektral müayinəsinə əsaslanan fibrotestdir. (bu metodların hər biri haqda ətraflı məlumat veriləcək. )
Gördüyümüz kimi, zamanında diaqnoz qoymaq üçün təbabət aciz deyil. Sadəcə heç olmasa bir dəfə ümumi qaraciyər paket müayinəsindən keçsək, yetərlidir.
’’HƏYATIN EVİ” olan qaraciyəri qoruyaq ki, həyatımzı qoruyaq. (İBN SİNA)
No Comments