(+994)55 601 18 31 [email protected]

Qusma və ürəkbulanma

Öncə bu problemlə bağlı həkimlərdən eşitdiyiniz terminlərə aydınlıq gətirək:

Ürəkbulanma – qusma hissi yaradan xoşagəlməz haldır. Bu hiss adətən udlaqda və epiqastral nahiyədə lokallaşır.

Qusma – Qarın əzələlərinin yığılması nəticəsində mədə möhtəyyatının ağızdan atılmasıdır.

 Hıcqırma – Mədə möhtəviyyatının əzələ və diafraqmanın rolu olmadan ağız boşluğuna qayıtmasıdır.

Ruminasiya – Bu zaman xəstə mədə möhtəviyyatının hıçqıraraq ağıza gətirərək çeynəyib yenidən udur.

Anoreksiya – İştahanın itməsi və kəskin çəkinin itirilməsidir, daha çox psixoloji problemlərdən qaynaqlanaraq yaranır.

Sitofobiya – Qida qəbulu zamanı yaranan xoşagəlməz hisslər nəticəsində yemək yeməkdən qorxmaq deməkdir.

Erkən doyma – az qida qəbulu ilə doyma hissinin yaranmasıdır.

Qusma və ürəkbulanma bəlkə də pasiyentlər arasında ən geniş şikayətlər sırasındadır. Proses özü istər diafraqma və qarın əzələləri, istərsə də mərkəzi sinir sistemi tərəfindən idarə və icra olunan çox mürəkkəb bir haldır. Bu şikayətləri olan hər bir pasient öncəliklə diqqət etməlidir: qusma və ürək bulanma eyni zamanda ishal və qarın ağrısı, mialgiya və baş ağrıları, hərarət, hansısa qida qəbulu, müəyyən dərman preparatlarının yan təsirləri ilə müşayət olunurmu?

Eyni zamanda arterial təzyiq, böyrək funksiyalarının vəziyyəti alkoqol və digər toksiki maddələrinin qəbul miqdarı və zaman mütləq nəzərə alınmalıdır. Xüsusilə bir sıra infeksion xəstəliklər var ki, onlarla yoluxma zamanı qusma və ürəkbulanma əsas simptomlardan olur. Məsələn, Qastroenterit (Zotaviruslar, adenoviruslar, porulok virusu ilə yoluxma), Bakterial (Stafilokokk, Salmonella, Bacillus, Clostridium və sair). Eyni zamanda orta qulağın iltihabı, sidik-cinsiyyət yollarının infeksiyaları, parazit (helmint) infeksiyaları və sair. Göründüyü kimi,qusma və ürəkbulanmanın səbəbləri, çox müxtəlifdir. Odur ki, həkim müayinəsiz və dəqiq diaqnozsuz hansısa bir özbaşına tədbir görülməsi yol verilməzdir. Pasientlər bilməlidirlər ki, adətən adi həzm pozğunluğu kimi düşünülən qusma və ürəkbulanma, psixi xəstəliklərdən tutmuş ağır sistem xəstəliklərinə qədər bir çox ciddi patologiyalarının simptomu ola bilər. Unutmayaq ki, “ən böyük sərvətimiz sağlamlığımızdır”.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.