(+994)55 601 18 31 [email protected]

Nadir rast gəlinən Hepatitlər

Hepatit A, B və C haqında çox insanın məlumatı olsa da, Hepatit D, E, F və G virusları haqqında informasiya demək olar ki, yox dərəcəsindədir.

Hepatit D (HDV)  RNT tərkibli virusdur. Onun orqanizmdə replikasiya üçün hepatit B virusu (HBV) olmalıdır. Yəni Hepatit B ilə yoluxmuş insanlarda superinfeksiya kimi baş verir. Yoluxmuş insanın qan və digər bədən mayeləri vasitəsilə yayılır. Anadan körpəyə doğuş zamanı keçməsi nadir hallarda baş verir.
Orta hesabla dünyada 15 million insan xroniki Hepatit D və B-dən əziyyət çəkir. Hepatit D-dən müdafiənin ən yaxşı yolu HBV-yə qarşı immunizasiya olunmaqdır.

Hepatit E virusu (HEV) Asiya və Afrika regionlarında epidemiya şəklində rast gəlinir. Sporadik (tək insanın yoluxması) yoluxma da mümkündür. Çirklənmiş su vasitəsilə və insandan insana kontaktla yoluxur. Orta ağır simptomlarla keçir. Xroniki halı yoxdur.

Hepatit C-nin tədqiqatları zamanı bəzi qan nümunələrində yeni növ virus aşkar olunmuşdur ki, ona Hepatit F virusu adını vermişlər. Fərz olunurdu ki, bu virus özü də ayrı növ hepatit törədicisidir. Lakin sonrakı araşdırmalar belə bir virusun olduğunu təsdiqləmədi. Hazırda Hepatit F virusu adlı virus yoxdur.

Hepatit G virusu (HGV) qanköçürmə və qeyri-steril iynələrdən istifadə zamanı yoluxur. Hepatit C virusu ilə quruluşca yaxındır. HGV müalicəyə davamlı olub, xroniki formaya keçə bilir. Nisbətən yeni virus olduğundan digər xarakteristikalarını öyrənmək üçün hələ də tədqiqatlar aparılır

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.