(+994)55 601 18 31 [email protected]

Hepatit E virusu

Gəlin ilk növbədə Hepatit E virusuna aid statistika ilə tanış olaq.

Ümumdünya Səhiyyə təşkilatının verdiyi məlumatlara əsasən hər il 20 milyon insan Hepatit E virusuna (HEV) yoluxur.  3 milyon insanda güclü HEV simptomları özünü göstərir. 2015-ci ildə HEV-dən 44.000 insan həyatını itirmişdir.

Hepatit E virusu fekal-oral yolla, yəni yoluxmuş su və qida maddələri ilə insandan insana keçir. Dünyanın hər yerində rast gəlinən bu virusun nisbətən daha yüksək göstərəricisi Şərqi və cənubi Asiya zonasında qeyd olunur.

Hepatit E virusuna qarşı vaksin hazırlanmışdır, lakin hazırda yalnız Çində rəsmi lisenziyalaşdırılıb.

Virusun inkubasiya dövrü 2-6 həftə arasında dəyişir, ortalama 5-6 həftədir.  Daha çox 15-40 yaş arası əhalidə yoluxma qeyd olunur. Uşaqların HEV ilə yoluxması zamanı çox halda xəstəlik simptomsuz keçir və ya diaqnoz qoyulmur, səbəbi açıqlanmayan sarılıq və yüngül əlamətlərlə keçir.

Əsas simptomları bunlardır:

  • Xəstəliyin erkən fazasında yüngül qızdırma, iştahanın itməsi, ürəkbulanma və qusma. Bəzi şəxslərdə qarın nahiyəsində ağrı, qaşınma, səpgilər və oynaq ağrıları da müşahidə olunur.
  • Sarılıq (dərinin və gözün sklerasının saralması), sidiyin rənginin tündləşməsi, nəcisin isə əksinə rənginin açıq olması
  • Qaraciyərin böyüməsi və həssaslaşması (hepatomeqaliya)

Nadir hallarda HEV kəskin simptomatika ilə keçə bilər ki, bu da pasiyenti ölümlə üz-üzə qoya bilər. Kəskin HEV-nin müalicəsi üçün xüsusi bir müalicə sxemi işlənib hazırlanmamışdır, xəstənin stasionarda müalicə almasına çox az hallarda ehtiyac olur.

Hepatit E virusuna qarşı ən yaxşı qorunma su hövzələrinin keyfiyyətinə nəzarət etmək, kanalizasiya tullantılarının və çirkab suların düzgün qaydada utilizasiya edilməsidir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.