Dünya əhalisinin 2%-i qaraciyər xəstəliklərindən əziyyət çəkir. Xroniki Hepatit B və C ümumilikdə 600 milyondan çox insan yoluxub. Bəzi ölkələrdə hepatit A-nın yayılması çox yüksəkdir və digər növ hepatitlərlə yoluxma 10%-ə qədər qalxır.
Hepatit A fekal-oral mexanizmlə yoluxur. Yəni insanın həzm traktına başqa bir insandan xaric olan virus qida və su vasitəsilə keçir.
Hepatit B və C hematogen yolla – qan vasitəsilə yoluxur. İnsanın qanı və ya digər bioloji mayelərində olan virus digər insanın birbaşa qanına keçir.
Hepatit B və nisbətən daha az Hepatit C cinsi əlaqə vasitəsilə də yoluxur. Həmçinin doğuş zamanı anadan dölə keçmə riski də vardır.
Hepatitdən sağaldıqdan sonra təkrar yoluxma ola bilərmi?
Hepatit A və B keçirib sağaldıqdan sonra təkrar yoluxma mümkün deyildir. Bu zaman yaranan antitellər orqanizmi ömür boyu qoruyur. Lakin C hepatitinə yenidən yoluxma baş tuta bilər.
Bəzi hallarda superinfeksiya baş verir, yəni bir hepatit fonunda digər bir hepatitə də yoluxma olur. Daha çox hepatit B və C birgə rast gəlinir, B + D (delta-infeksiya), B+D+C də ola bilər. Belə qarışıq infeksiyalar daha çox damardaxili narkotik istifadə edən şəxslərdə müşahidə olunur.
Hepatitlərdən necə qorunmaq olar?
1. Qaynanmış su içmək
2. Yeməkdən öncə əlləri təmiz yumaq
3. Pirsinq və tatuları yalnız steril cihazlarla etmək
4. Meyvə və tərəvəzləri mütləq hər dəfə yumaq
5. Cinsi əlaqə zamanı qoruyucudan (prezervativ) istifadə etmək.
6. Peyvənd olunmaq
7. Digər insanların bioloji mayeləri – xüsusilə də qanı ilə kontaktdan qaçınmaq
8. Yeməkləri tam şəkildə bişirmək
No Comments