(+994)55 601 18 31 [email protected]

Maqnit-Rezonans Tomoqrafiya (MRT)

Maqnit-rezonans tomoqrafiya güclü maqnit və radio dalğaları istifadə edərək daxili orqanları görməyə imkan verir. MRT skanneri uzun boru şəklindədir, müayinə zamanı bizi bu boruda uzadırlar. MRT demək olar ki, bədənin istənilən nahiyəsini müayinə etmək üçün istifadə oluna bilər:
• Beyin və onurğa beyni
• Sümük və oynaqlar
• Döş qəfəsi
• Ürək və qan damarları
• Daxili orqanlar – qaraciyər, uşaqlıq, prostat və s

MRT müayinəsi zamanı mümkün qədər hərəkətsiz uzanmaq lazımdır. Müayinə skan olunan nahiyənin və çəkilən şəkillərin sayından asılı olaraq 15-90 dəqiqə davam edir.

MRT təhlükəsiz və ağrısız müayinədir. Rentgen müayinəsindən fərqli olaraq insan orqanizmi üçün tamamilə ziyansızdır, hamilə qadınlar və uşaqlar da keçə bilərlər. Lakin bəzi pasiyentlər dar boruda uzanmaqdan narahat olurlar. Xüsusilə klaustrofobiyası (qapalı məkanlardan qorxma) olan pasiyentlər ehtiyat edirlər.

Yadda saxlamaq lazımdır ki, bədəndə müxtəlif implantlar, metal fraqmentləri varsa mütləq radioloqa məlumat vermək lazımdır. Bəzi tatu növlərində də metal izləri olduğundan həkimlə məsləhətləşmək tövsiyə olunur.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.