(+994)55 601 18 31 [email protected]

Qaraciyər transplantasiyası

Qaraciyərin transplantasiyası zədələnmiş orqanın başqa bir şəxsdən alınmış sağlam qaraciyər ilə əvəz olunmasıdır. Transplantasiya qaraciyər xəstəliklərinin son – geridönönülməz mərhələsində və kəskin qaraciyər çatışmazlığında həyata keçirilir. Əməliyyat adətən 3 cərrah, 2 anestezioloq və 4 tibb bacısının iştirakı ilə icra olunur. Yetərincə çətin və məsuliyyətli olan bu əməliyyat 4 – 18 saat arası çəkir.
İlk insan qaraciyər transplantasiyası 1963-cü ildə Amerika Birləşmiş Ştatlarında Dr. Tomas Starzi tərəfindən həyata keçirilmişdir. Lakin 1970-ci illərin ortalarınadək eksperimental təcrübə olaraq qalmışdır. Hazırda dünyanın 100-dən çox mərkəzində qaraciyər transplantasiyası uğurla həyata keçirilir.
Transplantasiyadan sonra köçürülmüş orqanın qopması, orqanizmin transplantatı qəbul etməməsi riski vardır. Buna görə də belə pasiyentlər əməliyyatdan sonra daimi immunosupressiv preparatlar qəbul etməlidirlər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.