Qaraciyər hemangioması qaraciyərin xoşxassəli törəməsidir. Bir çox hallarda heç bir simptoma səbəb olmadığına görə hemangioma təsadüfən aşkarlanır. Lakin aşağıda qeyd olunan əlamətlər hemangiomaya işarə edə bilər:
- qarnın yuxarı sağ nahiyəsində ağrı
- az miqdarda qida qəbulundan sonra mədədə dolma hissi
- ürəkbulanma və qusma
Hemangiomanın yaranmasının dəqiq səbəbləri indiyədək bilinmir. Ehtimal olunur ki, anadangəlmə bir vəziyyətdir, yəni insan hemangioma ilə doğulur. Əksər hallarda hemangiomalar böyümür və heç bir narahatçılığa səbəb olmur, xərçəngə çevrilmir. Nadir hallarda böyüyüb narahatçılıq törədə bilərlər.
Risk faktorları
- Yaş – istənilən yaşda aşkarlana bilər, amma daha çox 30-50 yaş arası diaqnoz olunur.
- Cins – qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir.
- Hamiləlik – hesab edilir ki, hamilə olmuş qadınlarda heç hamilə qalmayan qadınlarda müqayisədə daha çox rast gəlinir. Hamiləlik zamanı miqdarı artan estrogen hormonunun hemangiomanın böyüməsində rol oynadığı güman edilir.
- Əvəzedici hormonal müalicə – menopauza simptomlarının müalicəsi üçün hormonal müalicə alan qadınlarda hemangioma daha çox rast gəlinir.
Müalicəsi
Əgər hemangioma balacadırsa və heç bir narahatçılığıa səbəb olmursa müalicəsinə ehtiyac yoxdur. Müalicəsi şişin ölçüsü və yerləşmə nahiyəsindən, orqanizmin ümumi vəziyyətindən asılı olaraq dəyişir.
- Cərrahi əməliyyatla hemangiomanın xaric edilməsi
- Cərrahi əməliyyatla qaraciyərin bir hissəsi ilə birgə hemangiomanın xaric edilməsi
- Hemangiomanın qan dövranının bağlanması – 2 yolla icra oluna bilər. Əsas qidalandırıcı arteriyanın bağlanması və ya dərman maddəsi daxil edilməklə blok olunması
- Qaraciyərin transplantasiyası
- Radioterapiya
No Comments