Hepatit B infeksiyası kəskin və xroniki ola bilər. Virusla ilkin yoluxma kəskin infeksiyaya səbəb olur. Kəskin infeksiya 6 ay müddətində sağalmadığı təqdirdə xroniki infeksiyaya keçir. Qan analizi vasitəsilə pasiyentdə kəskin yoxsa xroniki Hepatit infeksiyasının olmasını teəyin etmək mümkündür.
Xroniki Hepatit B infeksiyanın inkişaf etmə riski birbaşa xəstənin yoluxma yaşı ilə mütənasibdir. İnsan nə qədər cavan yaşda virusa yoluxarsa xroniki infeksiyanın yaranma ehtimalı da bir o qədər yüksək olar.
- hepatit B-yə yoluxan körpələrin 90%-dən çoxunda infeksiya xroniki hala keçir.
- 1-5 yaş arası hepatitə yoluxan uşaqların 50%-ə qədərində infeksiya xroniki forma alır.
- 19 yaşdan yuxarı hepatitə yoluxan sağlam insanların cəmi 10%-də infeksiya xronikiləşir.
Hepatit B-yə yoluxan hamilələrin çoxu bunu bilmədiyindən doğuş vaxtı infeksiyanı öz uşaqlarına da keçirirlər. Ona görə də ümumdünya səhiyyə təşkilatı yenidoğulmuş uşaqların həyatlarının ilk 12-24 saatı ərzində hepatit B-yə qarşı peyvənd olunmasını tövsiyə edir.
Amerika Birləşmiş Ştatlarında xroniki Hepatit B-dən əziyyət çəkən pasiyentlərin 25%-i infeksiyaya uşaqlıq dövründə yoluxublar. Məhz buna görə körpələrin və uşaqların Hepatit B-yə qarşı peyvənd olunması belə vacibdir, çünki onlar xroniki infeksiya üçün böyük risk altındadırlar.
No Comments