Bildiyimiz kimi, qəbul etdiyimiz dərman maddələri və qida əlavələrinin çoxu məhz qaraciyərdə zərərsizləşdirir və metobolizmə uğrayır. Ona görə də bu maddələrin orqanizm üçün zərərli təsirləri özünü birinci qaraciyərdə göstərir. Dərman təsirindən yaranan qaraciyər ilyihabı özünü kəskin və xroniki hepatit kimi göstərə bilər.
Erkən mərhələdə və yüngül formalarda heç bir əlamət qeyd olunmasa da əksərən bu simptomlar rast gəlinir.
- qarın nahiyəsində narahatçılıq
- əzginlik, yorğunluq
- ürəkbulanma
- qusma
- sarılıq
- sidiyin rənginin tündləşməsi
Gördüyünüz kimi simptomlar hepatitin əlamətləri ilə çox oxşardır. 1000-dən çox dərman maddəsinin hepatotoksik təsiri qeyd olunmuşdur.
Dərman maddələrinin təsirindən qaraciyərin zədələnməsindən sonra bərpası bir-neçə ay davam edir, əksər hallarda tam sağalma baş verir. Çox az hallarda sirroz kimi ağırlaşmaya gətirib çıxara bilər.
MÜTLƏQDİR!
Şübhə edilən dərmanın qəbulu təcili olaraq dayandırılmalıdır. ALT səviyyəsi belə pasiyentlərdə həmişə yoxlanmalı və həkim kontrolunda olmaq lazımdır.
No Comments