(+994)55 601 18 31 [email protected]

Uşaqlarda Hepatoblastoma

Hepatoblastoma və hepatosellular karsinoma uşaqlarda ən çox rast gəlinən qaraciyər şişlərindəndir. Birincili qaraciyər şişləri nadir hallarda rast gəlinir, uşaqlardakı bütün şişlərin cəmi 2%-ni təşkil edirlər. 15 yaşdan kiçik uşaqlarda ən çox rast gəlinən qaraciyər şişi hepatoblastomadır. 5yaşadək uşaqların statistikasına baxdıqda oglan uşaqlarında qızlara nisbətən daha tez-tez aşkarlandığını görərik (1.7 :1.0). 5 yaşından sonra isə bu fərq itir və say bərabərləşir. Uşaqlar bu xəstəliklə daha çox 18 aylığında diaqnoz olunurlar, 2yaşadək formalaşır. Şiş daha çox qaraciyərin sağ payında yerləşir və metastazlar ən çox ağciyərlərə olur. Hepatoblastoma səssiz bir xəstəlikdir yəni yalnız ümumi simptomlarla özünü göstərir.

  • Qarın nahiyəsində narahatçılıq
  • Uşağın yedizdirilməsində çətinlik
  • Xroniki yorğunluq, 2-cili anemiya
  • Iştahanın olmaması

Əlamətlər az olduğundan hepatoblastoma çox vaxt təsadüfən həkim müayinəsi zamanı aşkarlanır. Böyük ölçüdə olduqda şiş kütləsi valideyn tərəfindən də müşahidə oluna bilər.

Belə uşaqlarda qəflətən ürəkbulanma, qusma, şişin parçalanması nəticəsində qızdırma və periton boşluğuna yayılması ola bilər.

Xəstəlikdən sağalma göstəricisi uşaqlar üçün 70%-dir.  1-ci və 2-ci mərhələdə olan hepatoblastomanın aşkarlanması zamanı isə 90%-dən yüksəkdir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.