(+994)55 601 18 31 [email protected]

Hepatit viruslarının fəsadları

Hepatit virusları müalicə edilmədikdə qaraciyərdə və ümumən orqanizmdə bir sıra ağırlaşmalara səbəb ola bilər. Bunlarda qaraciyərin fibrozu və sirrozu yetərincə tez-tez rast gəlinir. Hepatitlərin ağırlaşmalarından bir qisminin, məsələn qaraciyər çatışmazlığının qarşısını almaq mümkündür.  Əgər sizdə hepatit varsa aşağıda sadalanan ağırlaşmalardan xəbərdar olmalısınız.

 1. Fibroz

Xroniki hepatitlərin ən çox səbəb olduğu ağırlaşma qaraciyərin fibrozu, yəni qaraciyər toxumasının çapıqlaşmasıdır. Fibroz zamanı qaraciyər daimi iltihablanır, öz toxumasını bərpa etməyə çalışdıqda isə çapıqlar meydana çıxır. Belə toxuma isə artıq normal funksiya yerinə yetirmir. Qaraciyərin sağlam hissələrinə 2qat yük düşür.

2. Qaraciyərin sirrozu

Fibroz həddindən çox artdıqda sirroza çevrilir. Hepatit B, Hepatit C və alkoqol hepatiti sirroza getirib çıxaran əsas səbəblərdəndir. Sirroz çox hallarda geridönülməz bir patologiyadır və son mərhələdə qaraciyər transplantasiyası tövsiyə edilir.

3.  Qaraciyər xərçəngi

Qaraciyər xərçəngi sirrozun fəsadı kimi inkişaf edə bilər. Qaraciyərdə 2 cür xərçəng müşahidə olunur- hepatosellülar karsinoma və xolangial karsinoma. Birinci halda qaraciyər hüceyrələri zədələnir, ikinci halda isə proses öd axacaqlarında baş verir.

4. Qaraciyər çatışmazlığı

Qaraciyər çatışmazlığı hepatitlərin çox ağır fəsadıdır. Qaraciyərin funksiyasının dayanması bütün orqanizm üçün ölümcül bir vəziyyətdir və yeni bir qaraciyər köçürülmədiyi halda letal sonluqla nəticələnir.

 5. Qlomerulonefrit

Qlomerulonefrit böyrəklərin iltihabı prosesidir, çox zaman autoimmun baş verir. Xroniki Hepatit B və Hepatit C-dən əziyyət çəkən şəxslərdə tez-tez rast gəlinir. Müalicə olunmasa böyrəklər ağır zədələnə bilər.

 6. Krioqlobulinemiya

Bu xəstəlik kiçik qan damarlarının anormal zülal kütlələri ilə tutulmasıdır. Normada çox az rast gəlinən bir xəstəlikdir, lakin xroniki Hepatit B və C xəstələri risk altındadırlar. Belə pasiyentlərdə krioqlobulinemiya qan dövranı problemlərinə səbəb olur.

7. Qaraciyər ensefalopatiyası

Qaraciyərin funksiyasının kəskin pozulması beyin toxumasının iltihabına, yəni ensefalopatiyaya səbəb ola bilər.  Ensefalopatiya özünü psixi problemlərlə göstərir, ağır hallarda pasiyent komaya düşə bilər. Letal sonluq yetərincə tez-tez rast gəlinir.

8. Portal hipertenziya

Qaraciyərin əsas funksiyalarından biri qanın zərərli maddələrdən təmizlənməsidir.  Hepatit və onun ağırlaşmaları nəticəsində qapı venasından qaraciyərə qan daxil ola bilmir, təzyiq artır, bu portal hipertenziya adlanır.

9. Porfiriya

Porfiriya bədəndə porfirinlər adlanan kimyəvi maddələrin metabolizminin pozulması səbəbindən əmələ gəlir. Bunların bir növü Porfiriya cutanea tara zamanı əllərdə və üzdə suluqlar və yaralar əmələ gəlir ki, bu da xroniki Hepatit C-nin nadir ağırlaşmalarından biridir.

10. Virus ko-infeksiyası

Hepatitlərin ən ağır fəsadlaşmalarından biri eyni zamanda iki virusa yoluxmadır. Hepatit öz-özlüyündə ikinci infeksiyaya səbəb olmur, amma orqanizmin immunitetinin digər infeksiya ilə mübarizə aparması çox çətinləşir. Hepatitli xəstələrdə ona görə tez-tez  HİV (QİÇS) rast gəlinir. Əgər sizdə hepatit varsa HİV-ə qarşı tədbirli olmalısınız.

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.