Hepatit C qaraciyəri zədələyən viruslardan biridir. Kəskin Hepatit C 6 ayadək davam edir və tam sağalma ilə nəticələnir. Hepatit C xroniki formaya keçdikdə isə insanın ömrünün sonunadək qala bilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hazırda 71 milyon insan xroniki hepatit c-dən əziyyət çəkir.
Hepatit C qan vasitəsilə yoluxan infeksiyadır. Əsas yoluxma yolları:
- Narkotik vasitələrin iynə ilə yeridilməsi
- Sterilizə olunmamış tibbi cihaz və alətlərin istifadə olunması
- Xəstə insandan sağlam insana qanköçürmə zamanı
Daha az olsa da yoluxma bu hallarda da baş verə bilər:
- Yoluxmuş insanla cinsi əlaqə zamanı
- Anadan uşağa doğuş zamanı
- Yoluxmuş insanın şəxsi gigiyena vasitələrindən – diş fırçası, ülgüc və s istifadə edilməsi
Yeni statistikaya əsasən 2015-ci ildə 1,75 milyon insan Hepatit C-yə yoluxmuşdur.
No Comments