Qaraciyər sorucusu insanların qaraciyərində və öd axarlarında yaşayan parazit qurdlardır. İnsanlar qaraciyər sorucusunun 2 növünə yoluxurlar – Fasciola hepatica və Fasciola gigantica. Daha çox inkişaf edən ölkələrdə yayılmışdır. Maldarlıqla məşğul olan insanların yoluxma riski daha çoxdur.
Qaraciyər sorucusu insandan insana keçmir. Bəzi hallarda yoluxmuş insanda heç bir simptomlar aşkarlanmır və uzun illər bu qurdlar orqanizmdə qala bilir. Əgər müalicə olunmasa 20-30 il yaşaya bilirlər.
Qurda yoluxma su və balıqla qidalanma zamanı baş verir. Eyni zamanda yoluxmuş su ilə yuyulmuş meyvə və tərəvəz qəbulu da risklidir.
Xəstəliyin simptomları aşağıda sadalanmışdır.
- Qarın nahiyəsində ağrı
- Ürəkbulanma və qusma
- İshal
- Çəki itirilməsi
- Qızdırma
- Ümumi zəiflik
Xəstəlik qeyd olunan ümumi simptomlarla keçdiyi üçün qaraciyərin digər xəstəlikləri ilə differensial diaqnostika olunmalıdır. Dəqiq diaqnoz nəcisdə qurd yumurtalarının aşkarlanması ilə qoyulur.
No Comments