(+994)55 601 18 31 [email protected]

Hepatit C və Sonsuzluq

Yeni aparılan tədiqatlar zamanı Hepatit C virusunun qadınlarda düşüklərə səbəb ola biləcəyi aşkarlanmışdır. Həmçinin Hepatit C-nin qadınlarda onsuzluq, erkən menopauza riski ilə əlaqəli olduğu da qeyd olunmuşdur.
Lakin erkən aparılan müalicə nəticəsində bu riski azaltmaq mümkündür.
Bu tədqiqat İtaliyada iyul 2011 və may 2014 tarixləri arasında aparılmışdır. Müşahidə altındakı qadınlar 2015 dekabra qədər izlənilmişdirlər. Tədqiqatda iştirak edən qadınların heç biri HİV pozitiv və narkotik aludəçisi deyildir. Tədqiqatın nəticəsi Hepatologiya jurnalında dərc olunmuşdur.
Tədqiqatda qaraciyərin xroniki xəstəliyindən əziyyət çəkən Hepatit C pozitiv olan 100 qadın, xroniki Hepatit B-li 50 qadın və kontrol qrupu olaraq sağlam, qaraciyərlə bağlı heç bir şikayəti olmayan 100 qadın iştirak etmişdir. Hepatit B ilə düşüklər arasında əlaqə aşkarlanmamışdır.
Bütün qadınlar interferonla müalicə olunduğundan tədqiqatçılar interferonun qadın cinsi sisteminə təsirinin ətraflı öyrənilməsinin vacibliyini vurğulayırlar.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.