Hər il dünyada təqribi 1 milyon insan xroniki Hepatit B-dən həyatını itirir.
Müsbət proqnostik faktorlar
Hepatit B-nin e antigeni (HBeAg) və DNT-si (HBV DNT) təyin olunmayan pasiyentlərdə müsbət kliniki nəticə ehtimalı daha yüksəkdir.
- xəstəlik daha gec inkişaf edir
- ağırlaşmalar daha az rast gəlinir
- hepatosellülar karsinoma və sirroz riski daha aşağıdır
- pasiyentin kliniki və biokimyəvi göstəriciləri daha tez normallaşır.
Hepatosellülar karsinoma
Qaraciyər karsinomasının yarısı məhz xroniki Hepatit B infeksiyasından törənir. Karsinomanın inkişafının risk faktorlarına aiddir-
- pasiyentin yaşının çox olması
- aflatoksinlərlə kontakt
- alkoqol
- Hepatit C və Hepatit D ilə də yoluxma
- immun statusu
- genotip
- sirroz
- trombositopeniya
Hepatitin yüksək virus yükü karsinomanın inkişafı üçün əsas risk faktorudur. Hepatit B-nin müxtəlif genotiplərinin mutasiyaları da karsinoma ehtimalını artırır. Belə ki, C genotipi 50 yaşdan yuxarı sirroz olan xəstələrdə karsinoma ilə əlaqəlidirsə, B genotipi cavan və sirroz olmayan pasiyentlərdə karsinoma riski ilə əlaqəlidir.
No Comments