Qaraciyər ağrısı müxtəlif formalarda ola bilər. Yerləşmə yeri qarnın yuxarı sağ nahiyəsidir. Çox insanlar qaraciyər ağrısını küt, pulsasiya edən ağrı kimi təsvir edirlər. Bəzi şəxslərdə nəfəs aldıqda bıçaq zərbəsi kimi də ağrı hiss olunur. Ağrı belə və yuxarı kürəyə də yayıla bilər.
Qaraciyər ağrısına səbəb ola bilər:
- çoxlu alkoqol qəbulu
- hepatit
- qaraciyərin piylənməsi
- sirroz
- Rey sindromu
- hemaxromotoz
- qaraciyər xərçəngi
Statistikaya əsasən, hər 10 nəfərdən 1-ində qaraciyər xəstəliyi rast gəlinir. Hepatitlər, qaraciyərin piylənməsi və çoxlu alkoqol qəbulu əsas qaraciyər problemlərinin səbəbidir.
Müalicəsi:
Əgər qaraciyərdə ağrı səhər ağır qida yedikdən və ya dünənki alkoqol qəbulundan sonra yaranıbsa çoxlu su için. Növbəti 3 gün ərzində yağlı və ağır qida qəbulundan qaçının. Qaraciyərə təzyiqi azaltmaq üçün beli düz saxlayıb oturun. Əgər ağrı bir-neçə saatdan çox davam edərsə mütləq həkimə müraciət edin. Qaraciyər ağrısı ilə yanaşı ürəkbulanma, başdönməsi, hallüsinasiyalar müşahidə olunursa təcili həkimə müraciət edin.
Həyat tərzinin dəyişdirilməsi də qaraciyər ağrılarına müsbət təsir göstərir. Artıq çəkini azaltmaq, xolesterol səviyyəsini aşağı salmaq qaraciyərin piylənməsi zamanı müalicənin əsasını təşkil edir.
No Comments