Vaşinqton Universiteti və İmperial London Kollecinin alimləri 183 ölkədə 1990 – 2013-cü illər arası olan məlumatları analiz etdikdən sonra belə bir nəticəyə gəliblər ki, son 23 ildə Hepatitlər ölüm göstəricilərinə ən irəli sıraya keçmişdir. Hepatit səbəbindən ölənlərin sayı vərəm, malyariya və İİV (QİÇS) səbəbindən ölənlərlə demək olar ki bərabərdir.
Araşdırmalar zamanı məlum olmuşdur ki, hepatit səbəbindən ölüm son 23 ildə 63% artmışdır. Ölüm hadisələrinin çoxu sırf Hepatit B və C ilə əlaqəli olan qaraciyər zədələnməsi və qaraciyər xərçəngidir.
Orta və yüksək gəlirli ölkələrdə hepatitdən ölüm göstəricisinin daha yüksək olması qeyd olunmuşdur. Şərqi Asiya hepatitdən ölüm göstəricisinə görə birinci yerdədir. Buna səbəb xroniki Hepatit B və C-nin uzun müddət simptomsuz olaraq keçməsi və sonda sirroz və xərçəngə səbəb olmasıdır. Yəni son mərhələyə qədər yoluxmuş şəxs xəstəliyindən məlumatsız olaraq ətrafındakı digər insanları da yoluxdurmağa davam edir.
Hepatit B-yə qarşı peyvənd olsa da əhalinin çox hissəsi vaksinasiya olunmayıb. Bu peyvənd effektli bir şəkildə hepatit B-yə qarşı qorunma yaradır. Eyni şəkildə Hepatit A-ya qarşı da peyvənd mövcuddur. Təəssüf ki, hələ C hepatitinə qarşı peyvənd kəşf olunmamışdır, lakin bu istiqamətdə tədqiqatlar aktiv surətdə davam etdirilir.
No Comments