(+994)55 601 18 31 [email protected]

Vilson xəstəliyi

Bu xəstəlik nadir genetik xəstəliklərdən biridir.  Vilson xəstəliyi zamanı orqanizmdən artıq mis xaric ola bilmir.  Normal insan orqanizminə  az miqdarda mis sağlamlıq üçün lazımdır. Lakin həddindən çox olduqda artıq zəhərlənmə törədir.

Adətən misin artıq miqdarını qaraciyər öd şirəsi vasitəsilə xaric edir. Vilson xəstəliyində isə qaraciyərdə mis toplanaraq birbaşa qan dövranına ifraz olunur. Nəticədə beynin, böyrəklərin və gözlərin zədələnməsi baş verir. 

Vilson xəstəliyi doğuşdan olan bir xəstəlikdir, simptomları isə özünü 5-35 yaş arası göstərməyə başlayır. İlk öncə qaraciyər və/və ya mərkəzi sinir sistemi zədələnir. Xarakter əlaməti gözdə əmələ gələn qəhvəyi halqadır. 

Müalicəsi artıq misin orqanizmdən təmizlənməsi ilə aparılır.  Xəstə həyatı boyu dərman preparatları qəbul etməli və mis az olan pəhrizə riayət etməlidir.

Erkən diaqnostika və düzgün müalicə ilə belə pasiyentlər tam dolğun və sağlam həyat yaşaya bilirlər.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.