Artıq çəki və piylənmə bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bu siyahıya diabet, ürək xəstəlikləri və bəzi növ xərçənglər aiddir. Hamilə qadınlarda piylənmənin olması isə həm özləri, həm də övladları üçün uzunmüddətli fəsadlara yol aça bilər.
Artıq çəki və piylənmə ilə əlaqəli olan xəstəliklərin siyahısı:
- 2-ci tip şəkərli diabet
- yüksək qan təzyiqi
- insult riski
- yuxuda apnoe (tənəffüsün dayanması)
- osteoartrit
- qaraciyərin piylənməsi
- böyrək xəstəlikləri
- hamiləlik problemləri
İldə bir-neçə kq kökəlmək adi bir vəziyyət kimi görənə bilər, lakin bu kq-ların toplanması sonda hiss etmədən piylənməyə səbəb ola bilər.
Bəs necə bilmək olar ki, çəkin artıq sağlamlıq üçün risk törədir?
Bunu bilmək üçün 2 göstərici vardır& bədən kütlə indeksi (BKİ) və belin ölçüsü. BKİ hesablanması olduqca sadədir, bunun üçün çəki (kq-la) boyun kvadratına (metrlə) bölünür. Məsələn çəkiniz 60 kq, boyunuz isə 1,65dirsə o zaman sizin bədən kütlə indeksiniz belə hesablanacaq:
60/(1.65 x 1.65) = 22.05 (noma)
Normal çəki BKİ 18.5 – 24.9
Artıq çəki BKİ 25 – 29.9
Piylənmə BKİ 30 və daha çox
Digər bir vacib göstərici yuxarıda qeyd etdiyimiz kimi belin ölçüsüdür. Bədənin digər nahiyələrində piy olmasa belə bel ətrafında olması xəstəlik risklərini artırır. Qadınlarda belin dairəsinin 88-90 sm, kişilərdə isə 100 sm-dən çox olması artıq piylənmə ilə bağlı xəstəliklərin inkişafı üçün risk amilidir.
No Comments