Hamiləlik zamanı yoxlanılan analizlərdən biri Hepatit B (HBV) dir. Hepatit B kəskin xəstəliyə, qaraciyərin zədələnməsinə və hətta ölümə səbəb ola bilər.
Bir-çox insan HBV virusunu daşıyır, lakin heç bir simptomları yoxdur. Ona görə də hepatitə yoluxduğundan xəbərsizdir. Belə daşıyıcı qadınlar doğuş zamanı virusu uşaqlarına ötürə bilərlər.
Analiz verib, daşıyıcı olduğunu bilmək doğuş zamanı ehtiyat görməyə kömək edir. Uşaq doğulduqdan sonra da infeksiyaya yoluxmaması üçün tezliklə müalicə edilir. Belə uşaqlara 12 saat ərzində Hepatit B anticisimləri və Hepatit B peyvəndi vurulur. Birlikdə bu ikisi 80-90% uşağı HBV-yə yoluxmaqdan qoruyur.
Təbii doğuş və keysəriyyə əməliyyatı – hər ikisi hepatit B daşıyıcısı olan analar üçün eyni dərəcədə təhlükəsizdir. Keysəriyyə əməliyyatı HBV-nin uşağa keçmə riskini azaltmaq üçün mütləq deyildir.
Hepatit B neqativ çıxan və peyvənd olunmayan risk qrupuna aid şəxslərə peyvənd olunmaq tövsiyə olunur.
Hepatit B necə yayılır?
- başqa bir daşıyıcı ilə cinsi əlaqə zamanı
- doğuş zamanı (əgər ana daşıyıcıdırsa)
- Kiminsə istifadə etdiyi iynədən istifadə etməklə və ya həmin iynə ilə zədələnməklə
- daşıyıcının qan izi olan (çox vaxtı görünməyən) diş fırçası və ya ülgüc istifadə etməklə
- Sanitariya qaydalarına əməl edilməyən bir yerdə tatu və ya pirsinq etdirməklə
No Comments