(+994)55 601 18 31 [email protected]

Ailənizi necə Hepatitlərdən qoruya bilərsiz?

Ailənizi hepatitdən qorumaq üçün ən yaxşı üsul hansıdır, Bu 8 məsləhətə əməl edin və hepatitdən qorunun.

1. Həkiminizdən peyvəndlər haqqında məlumat alın.

Hepatit A və Hepatit B-yə qarşı peyvəndlər çox effektlidir. Onlar həm ayrılıqda, həm də birlikdə vurula bilərlər. Təəsüf ki, hepatit C-yə qarşı hələki vaksin yoxdur.

2. Əllərinizi yumağı adətə çevirin.

Ailə üzvlərinizin ayaqyolu istifadə etdikdən sonra ( uşaqların pampersini dəyişdikdən sonra həmçinin) və yeməkdən öncə əl yumaqlarını israr edin. Sabun və su ilə yumaq yetərlidir, amma spirt əsaslı məhluldan istifadə etmək daha effektlidir.

3. Digər insanların qanından ehtiyatlı olun.

Kiminsə hepatit xəstəsi olmasını xarici görünüşünə görə müəyyənləşdirmək olmaz. Hepatitli bir-çox xəstələrdə heç bir simptomlar müşahidə olunmur. Ona görə fərz edin ki, istənilən qan nümunəsi infeksiyalıdır və  qanla kontaktdan hepatit B və ya C-yə yoluxa bilərsiniz.

4. İynələrlə ehtiyatlı davranın

Hepatitlərin hipodermik iynələr, tatu və pirsing elətdirən zaman keçmə ehtimalı vardır.  Bu haqda ailə üzvlərinizi məlumatlandırın və tatu, pirsinq zamanı ancaq lisenziyası olan peşəkarlara müraciət edin.

5. Gigiyenik əşyaları bölüşməyin.

Oyuncaq, əşya, paltar və s. şəxsi əşyalarınızı kiməsə verə bilərsiniz. Lakin heç bir zaman diş fırçanız, ülgüc, manikur dəsti və digər oxşar əşyaları kiməsə verməyin, çünki üzərlərində görünməsə belə qan izləri ola bilər.

6. Təhlükəsiz cinsi əlaqə

Yadda saxlamaq lazımdır ki, hepatit B və C cinsi əlaqə ilə ötürülə bilər. Ona görə də partnyorunuzun infeksiyasız olduğuna əmin deyilsizsə mütləq qoruyucudan istifadə edin.  Cinsi partnyor sayı nə qədər çoxdursa hepatit B-nin yoluxma ehtimalı o qədər çoxdur.

7. Yeməyinizə diqqət edin.

Yaxşı yuyulmamış və bişirilməmiş qidalardan hepatitə yoluxma ehtimalı vardır.  Ümumilikdə, tərəvəz, meyvə, sandviç,  salatlar və digər bişirilməyən qidalar daha təhlükəlidir. Dəniz məhsulları infeksiyalanmış su ilə kontaktda ola biləcəyindən çiy balıq və digər dəniz məhsullarından ehtiyatlı olun.

8. Ailə tarixçənizi öyrənin.

Virus hepatitləri bəzi regionlarda – Şərqi Avropa, Afrika, Orta Asiya, Amazon hövzəsi ətrafında daha çox rast gəlinir. Qeyd olunan ərazidə hepatit göstəricisi yüksək olan regionda  yaşayan insanlar hepatitə görə müayinə olunmalıdırlar. Əgər ailə üzvlərindən birində hepatit varsa digər üzvləri də mütləq analiz verməlidir.

 

 

 

 

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.