Zülallar hüceyrələrin və toxumaların əsas quruluş elementidir. Orqanizmin böyüməsi və sağlamlığı üçün çox vacibdirlər. Bədən funksiyalarını idarə edən hormonlar və fermentlər məhz zülallardan əmələ gəlirlər.
Ümumi zülal analizi ilə qanın plazmasında olan müxtəlif zülal növlərinin miqdarı ölçülür. Qanda albumin və qlobulin zülalları dövr edir. Ümumi zülalın 60% qədərini albumin təşkil edir. Yerdə qalan hissəni müxtəlif qlobulin fraksiyaları təşkil edir.
Ümumi zülal və albuminlə yanaşı bəzi laboratoriyalarda albumin-qlobulin nisbəti təyin edilir. Bu nisbət zülal səviyyəsinin dəyişməsinin səbəbini araşdırmağa yardımçı olur.
Analizdə yüksək zülal səviyyəsi
- iltihab və Hepatit B, Hepatit C, HİV kimi infeksiyalara
- çoxsaylı mieloma
xəstəliyinə işarə edə bilər.
Analizdə aşağı zülal səviyyəsi
- qaraciyər xəstəliklərinə
- böyrək xəstəliklərinə
- bağırsaqların iltihabı prosesinə
işarə edə bilər.
Albumin/qlobulin nisbəti normada 1-dən biraz yüksəkdir. Əgər nisbət qeyd olunan rəqəmdən çox fərqlənirsə dəqiq diaqnostika üçün əlavə müayinələr aparılmalıdır.
Analizdə aşağı A/G nisbəti
- sirroza
- autoimmun xəstəliklərə
- çoxsaylı mielomaya
- böyrək xəstəliyinə
işarə edə bilər.
Yüksək A/G nisbəti leykemiya və genetik çatışmazlıqlar zamanı müşahidə olunur.
No Comments