(+994)55 601 18 31 [email protected]

Qaraciyər üçün Vitaminlər

Qaraciyər ən böyük və mürəkkəb daxili orqandır. Qaraciyərdə yağlı qidaların həzmi üçün öd sintez olunur, dərman maddələri parçalanır, orqanizmi toksinlərdən təmizləyir, enerji ehtiyatı toplayır, xolesterol miqdarını tənzimləyir və s. Bütün bu vacib funksiyaları yerinə yetirməsi üçün qaraciyər sağlam olmalıdır. Sağlam qaraciyər üçünsə düzgün qidalanmalı, yetərli vitamin və minerallar qəbul etməliyik.

Vitamin E

Vitamin E güclü antioksidantdır. Alkoqol, dərman maddələri, stress və s. xroniki qaraciyər xəstəliklərinin əsas səbəbləridir. Vitamin E isə aktiv antioksidant olub onları zərərsizləşdirmək qabiliyyətindədir.  Tərkibinədə Vitamin E olan qidalara günəbaxan tumu, şomu, badam aiddir.

Vitamin D

Vitamin D bildiyiniz kimi günəşin ultrabənövşəyi şüalarının təsirindən dəridə yaranır.  Qaraciyər və böyrəklər Vitamin D-ni aktiv formaya keçirir. Elmi tədqiqatlar göstərir ki, Vitamin D orqanizmdə iltihabın azalmasında,  xroniki xəstəliklərin qarşısının alınmasında və sağlam immun cavabın formalaşmasında iştirak edir.

Xroniki qaraciyər xəstələrində Vitamin D-nin aşağı səviyyəsi müşahidə edilir. Normadan çox aşağı olduqda sirroz və ağır formalı qaraciyər xəstəliyin formalaşması riski artır. Qaraciyər sağlamlığına müsbət təsiri bir çox araşdırmalarda təsdiqlənmişdir. Vitamin D göbələk, yumurta, balıq kimi qidalarda çox olur.

Vitamin C

Vitamin C daha bir güclü antioksidantdır. Bütün hüceyrələrin, xüsusən qaraciyərin sağlamlığı üçün müstəsna əhəmiyyət kəsb edir.  İmmun reaksiya, yaraların sağalması,  toxumaların bərpa olunmasında rol oynayır.  Vitamin C  çiyələk, sitrus meyvələri, bolqar bibərində yetərli miqdardadır.

QEYD: Heç bir vitamin və ya qida əlavəsini özbaşına qəbul etmək tövsiyə edilmir. Mütləq həkim ilə məsləhətləşmək lazımdır.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.