(+994)55 601 18 31 [email protected]

Ümumdünya QİÇSlə mübarizə günü

Hər il dekabrn 1-i Ümumdünya QİÇS-lə mübarizə günü kimi keçirilir. Bu gün insanların QİÇS-ə qarşı birləşməsi, bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək olması və bu xəstəliklə bağlı dünyasını dəyişən insanları yad etməsi üçün bir fürsətdir.

Hazırda dünyada 36,7 milyondan çox insan İİV-ə (insan immunçatışmazlığı virusu) yoluxmuşdur. 1984-cü ildən, yəni virusun kəşf edilməsindən bu yana 35 milyon insan QİÇS-dən məhv olmuşdur.

İİV yavaş inkişaf edən virusdur. Orqanizmi müdafiə edən immun hüceyrələrini hədəf alır və sıradan çıxardır. Nəticədə insan özünü heç bir infeksiya və bədxassəli şişlərdən qoruya bilmir, adi bir qrip virusu insanı məhv edir.

Əgər müalicə olunmasa pasiyent yoluxduqdan 9-11 sonra vəfat edir. QİÇS vəziyyətində isə yaşama müddəti orta hesabla 9 aydır. Lakin erkən müalicəyə başlandığı halda virus kontrola alınır və pasiyent normal yaşaya bilir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.