(+994)55 601 18 31 [email protected]

ALT analizi

ALT,  yəni alanin aminotransferaza analizi qaraciyərin zədələnməsini yoxlamaq üçün aparılan bir analizdir. Qaraciyərin müxtəlif mənşəli zədələnmələri zamanı – dərman maddələri, alkoqol, virus hepatitləri və s. təyin olunur.

Qaraciyərimiz çox vacib funksiyalar yerinə yetirir:

  • qəbul etdiyimiz qidaların həzmi üçün öd sintez edir
  • qandan bütün toksinləri və artıq maddləri təmizləyir
  • fermentlər və xolesterol sintez edir

Hepatit və sirroz kimi xəstəlikləri qaraciyəri zədələyərək bu həyatı vacib funksiyaları yerinə yetirməyə qoymur.

ALT ən çox qaraciyərdə olur, az miqdarda böyrəkdə və digər orqanlarda da rast gəlinir. Orqanizmimiz ALT-dən qida maddələrini enerjiyə çevirmək üçün istifadə edir.  Normada ALT səviyyəsi qanda aşağı olur. Əgər qaraciyər zədələnmişsə o daha çox ALT sintez edir, nəticədə  qanda da miqdarı yüksəlmiş olur.

ALT ilə birgə digər qaraciyər sınaqları AST, QQT, ALP, Albumin, Bilirubin aparılır.

ALT təyin olunur:

  • Hepatit viruslarına yoluxma zamanı
  • Çoxlu alkoqol qəbulu zamanı
  • Əgər ailə anamnezində qaraciyər xəstəliyi varsa
  • Qaraciyəri zədələyən dərman qəbul edilmişsə

Həmçinin illik profilaktik çek-ap müayinələrinə ALT daxil edilir.

P.S. ALT-nin rast gələ biləcəyiniz köhnə adı serum glutamik-piruvik transaminaza (SGPT)dir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 4,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.