Qaraciyərimiz bildiyiniz kimi orqanizmin laboratoriyasıdır və əsas funksiyalarından biri orqanizmdəki toksinləri zərərsizləşdirməkdir. Bu toksinlərə alkoqol, müxtəlif dərman maddələri, qidaların tərkibindəki kimyəvi maddələr və s aiddir. Lakin bunlardan əlavə bir-çox maddələrlə biz fiziki kontaktda oluruq ki, onları da qaraciyərimiz zərərsizləşdirməli olur – bura nəfəs alaraq qəbul etdiyimiz və ya təmasda olduğumuz toksinlər aiddir.
Evinizi qaraciyəriniz üçün təhlükəsiz etmək sizdən asılıdır.
- Evi kimyəvi maddələrlə təmizləyərkən otağı havalandırın. Çünki bu maddələr nəfəs aldığınız zaman da orqanizmə daxil olaraq zərər vurur və onların da zərərsizləşdirilməsini qaraciyər həyata keçirir.
- Qarışqa, tarakan zəhərləri istifadə edərkən və ya ağacları dərmanlayarkən mütləq qoruyucu maska taxın.
- Əgər müxtəlif boyalarla çalışırsınızsa lazım olduğundan çox onları açıq saxlamayın.
Ümumiyyətlə təmizlik üçün təbii məhsullardan istifadə etməyə çalışın. Adi paltar sabunu, sirkə, soda, qarğıdalı unu, duz ilə bir çox ləkələrdən azad olmaq mümkündür.
Otaqlarda təmiz və fresh ətrin gəlməsi üçün isə kimyəvi spreylər yerinə gözəl ətirli otaq bitkiləri qoya və ya aromatik yağları (qızılgül, lavanda) su ilə qatıb istifadə edə bilərsiz.
No Comments