(+994)55 601 18 31 [email protected]

Qaraciyərin piylənməsi və pəhriz

Orqanizmimiz bədənin müxtəlif nahiyələrində yağları ehtiyat enerji kimi toplayır. Qaraciyərdə müəyyən miqdarda yağların olması normaldır, lakin yağların miqdarının artması qaraciyərin piylənməsi xəstəliyinə gətirib çıxarır.

Qaraciyərin piylənməsi 2 cür olur

  1. qaraciyərin alkoqoldan asılı xəstəliyi
  2. qeyri-alkoqol qaraciyərin piylənməsi

Bəzi hallarda hamiləlik zamanı da qaraciyərin piylənməsi rast gəlinir.

Qaraciyərin piylənməsi orqanı zədələyir, həzm prosesini pozur və qaraciyər toksinləri zərərsizləşdirə bilmir. Qaraciyər piylənməsinin əsas müalicəsi həyat tərzinin dəyişdirilməsi – pəhriz və fiziki aktivlikdir.

Belə xəstələr dietoloq nəzarətində olmalıdırlar.

Pəhrizə geniş çeşidli qidalar daxildir.  Az kalorili, yüksək lifli, təbii məhsulların seçilməsi pəhrizə gözəl başlanğıc ola bilər. Mürəkkəb karbohidratlı və bol zülallı məhsullala qidalanma zamanı insan özünü gün boyunca gümrah və tox hiss edir.

Həmçinin orqanizmdə iltihabı azaldan və hüceyrələrin özünü bərpa etməsinə yardımçı olan qidaların seçilməsi də çox vacibdir.

Bunlar ümumi tövsiyələrdir, lakin bəzi spesifik qida məhsulları vardır ki, qaraciyər zədələnməsi zamanı çox faydalıdırlar.

  • sarımsaq

Sarımsaq bir-çox pəhrizlərdə rast gəlinir və çox faydalıdır. Bədən çəkisini azaltmağa yardımçı olur.

  • omega 3 yağ turşuları

Bu yağlar qaraciyərdəki yağların keyfiyyətini  və yüksək sıxlıqlı xolesterol səviyyəsini artırır.

  • Kofe

Kofenin tərkibində olan xlorogen turşusu iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Nəticədə qaraciyərin piylənməsini və hipertenziyanı azaldır.

  • brokkoli

Ümumiyyətlə tərəvəz qəbulu hərhalda xeyirdir, amma brokkoli xüsusilə qaraciyər piylənməsi zamanı çox faydalıdır.  Uzun müddətli brokkoli qəbulu qaraciyərdə yağların toplanmasının qarşısını alır.

  • avokado

Avokado faydalı yağlar, liflər və iltihab əleyhinə maddələrlə zəngindir, ona görə həm qan şəkərini azaldır, həm də orqanizmin stresslə mübarizəsinə kömək edir.

  • soya

Soya əzələ kütləsinin saxlanmasına və bədən çəkisinin azaldılmasına kömək edir, həmçinin qan şəkərini azaldır.

Qaraciyərin piylənməsi zamanı qəbul edilməməlidir!

Şəkər, və şəkər tərkibli qidalar, alkoqol, qızardılmış və duzlu qidalar, qoyun əti.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.