Biotin, digər adıyla Vitamin B7 suda həll olan vitaminlərdən biridir. B qrupu vitaminlərinə aiddir. Qəbul etdiyimzi qidanın enerjiyə çevrilməsində iştirak edir. Karbohidrat, zülallar və yağları parçalayır.
Hamiləlik zamanı dölün inkişafı və qaraciyərin sağlamlığı üçün çox vacibdir. Saçların, dırnaqların və dərinin sağlamlığında mühüm rol oynayır. Biotin qəbul etdiyimiz qidalar vasitəsilə orqanizmə daxil olur və bağırsağımızdakkı bakteriyalar onu sintez edir. Biotinin gündəlik dozası 30-35 mq-dır. Normal balanslaşdırılmış qidalanma zamanı biotin çatışmazlığı çox nadir rast gəlinir.
Biotin çatışmazlığı ola bilər
- Hamilə qadınlarda
- Damardaxili qidalanan xəstələrdə
- Ana südü ilə qidalanan körpələrdə
- Siqarət çəkən şəxslərdə
Çatışmazlığı zamanı saçların nazikləşməsi və tökülməsi, yüksək xolesterol, dəridə səpgilər, ürək problemləri müşahidə olunur.
Biotinidaza fermentinin çatışmazlığı da biotin defisitinə gətirib çıxarır. Belə ki, bu fermentin çatışmazlığı autosom-ressessiv geetik xəstəlik zamanı rast gəlinir. Bu halda insan nə qədər biotin qəbul etsə də orqanizm onu həzm edə bilmir.
Tərkibində biotin çox olan qidalara aiddir- qaraciyər və ət, süd məhsulları, avokado, qoz ləpəsi və çərəzlər, yumurta sarısı, maya
No Comments